Mübariz Qurbanlı: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər: “Bununla onlar dini də təhrif edirlər".

Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək: "Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında