Hikmət Hacıyev: "Avropa Parlamentindəki bəzi qüvvələrin mövqeyinə rəğmən Aİ-Azərbaycan əlaqələri inkişaf edəcək"

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı əlaqələr dinamik sürətdə inkişaf edir. Əlaqələrimiz enerji, nəqliyyat uzlaşmaları, humanitar, iqtisadi,  ticarət və  digər sahələrdə yaxşı inkişaf edir və bu gün Azərbaycan-Aİ arasında strateji tərəfdaşlığa dair  saziş layihəsinin müzakirəsi əldə olunan irəliləyişlərin bariz göstəricisidir”.

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

“Təəssüflər olsun ki, Avropa parlamentində bir sıra qüvvələr var. Onlar şəxsi maraqlarından çıxış edən dairələrdir. Düşünürlər ki, bu yolla Aİ-Azərbaycan əlaqələrinə xələl gətirə bilərlər, ancaq öz məqsədlərinə nail ola bilməyəcəklər”, - deyə H. Hacıyev qeyd edib.

Aİ-nin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xatırladan XİN təmsilçisi deyib ki, Avropa Parlamentdə Aİ-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələrin mövqeyinə rəğmən əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında