Fazil Mustafa : Rusiyalı deputatın bəyanatı ermənilərin iflası, ona ünvanlanmış təhqirlər isə obyektivliyə qarşı dözümsüzlüyüdür

Xəbər verildiyi kimi, Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin  iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib.  Konfransın Cocuq Mərcanlıda keçirilməsi  və burada səsləndirilən fikirlər, xüsusilə Rusiya Dövlət Dumasının korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, deputat  Dmitri Savelyevin  Dağlıq Qarabağın  Azərbaycana məxsus olmasını deməsi və bu ərazilərin dərhal Azərbaycana qaytarılması çağırışı Ermənistana, həmçinin Rusiyada yaşayan ermənilərə ciddi zərbə olub.  
 
Rusiyalı deputat, həmçinin  işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılması barədə də bəyanat verib.  Bundan sonra rusiyalı deputat ermənilər tərəfindən hücumlara məruz qalıb. Beynəlxalq “Avrasiya Hərəkatı”nın lideri Aleksandr Dugin və Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hücumlara məruz qalmış deputat Dmitri Savelyevin müdafiəsinə qalxıblar.
S.Markov deyib ki, konfransın bu yaxınlarda işğaldan azad edilmiş Azərbaycan kəndində keçirilməsi çox maraqlı qərardır. Azərbaycanın burada, münaqişə zonasında öz tədbirini keçirməsi heç kimi narahat etməməlidir. Cocuq Mərcanlı, hələ də işğal altında qalan digər ərazilər kimi, hüquqi cəhətdən qeydə alınmış Azərbaycan əraziləridir. Dünyanın bütün ölkələri, BMT və digər beynəlxalq təşkilatlar bunu ­tanıyırlar.
Cocuq Mərcanlıda keçirilən beynəlxalq konfransın iştirakçısı, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa erməniləri hiddətləndirən tədbirdən danışarkən dedi:
– Rusiyalı deputatın bəyanatı ermənilərin iflası, ona qarşı olan təhqirlər isə  obyektivliyə qarşı dözümsüzlüyüdür.  Rusiyalı deputat Dmitri Savelyevin  Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deməsi və işğal altında olan ərazilərin  heç bir şərt irəli sürmədən, dərhal azad edilməsinin vacib olduğunu  bəyan etməsi erməniləri əsəbiləşdirib. Rusiyalı deputatın həqiqətləri Cocuq Mərcanlıda dilə gətirməsi erməniləri daha da  qəzəbləndirib. Bütün həyatı, tarixi yalan üzərində qurulan aciz ermənilər həqiqəti deməsinə görə rusiyalı deputatın məhvini tələb edirlər. Rusiyalı deputatın bu cür cəsarətli addımı ermənilər üçün gözlənilməz olub. Bizi müdafiə edən obyektiv qüvvələri həm qorumalı, həm də dəstəkləməliyik.  Təbii ki, ermənilər rusiyalı deputatdan belə bir bəyanat gözləmirdilər. Amma, o,  mərd-mərdanə və Azərbaycanın maraqlarını hüquq çərçivəsində anlayaraq, birbaşa  obyektiv sözünü demiş bir insandır. Dmitri Savelyevə qarşı ermənilər tərəfindən  kampaniya aparılması hesab edirəm ki, bizə də ciddi bir siqnal olmalıdır. Bizi müdafiə edən bütün  kənar qüvvələri həm qorumalı, həm də dəstəkləməliyik. Əks halda, bu hücumların qarşısında hamının duruş gətirməsi mümkün olmaya bilir.
Fazil Mustafa dedi ki, ictimaiyyət nümayəndələri, beynəlxalq arenaya, rus dilli və ingilis dilli auditoriyaya  çıxışı olanlar, həmçinin sosial şəbəkə istifadəçiləri bir vətənpərvər mövqeyi göstərərək,  rusiyalı həmkarımızın müdafiəsinə qalxmalıdır: “Rusiyalı deputatın bu istiqamətdə atdığı addım alqışa layiqdir. Ona qarşı hücumların qarşısını almaqda  öz mövqeyimizi ortaya qoymalı, bu  yolda bütün vasitələrdən istifadə etməliyik”. 
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında