Bolqarıstan mediasında ermənilərin ifşası informasiya müharibəsində Azərbaycanın qələbəsi deməkdir

Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi işğalçılıq, terrorçuluq və vandalizm siyasəti son vaxtlar ayrı-ayrı xarici ölkələrin KİV-ində kifayət qədər ədalətli mövqedən işıqlandırılmaqdadır. Bu günlərdə Bolqarıstanın BTV telekanalında da Ermənistanı ifşa edən geniş videomaterial yayımlanıb. Materialda qoşunların təmas xəttindəki vəziyyət, erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı haqqında obyektiv məlumat verilib. 
 
Şübhəsiz ki, xarici KİV-in materiallarında Azərbaycanın üzləşdiyi təcavüz, ərazilərimizin 20 faizinin işğalı, 1 milyondan artıq soydaşımızın ev-eşiyindən didərgin salınması haqqında obyektiv məlumatların yayılması alqışalayiq haldır və biz buna lazımi qiymət verməliyik. Amma bolqar KİV-nin mövqeyi nə qədər obyektiv olsa da və həqiqəti əks etdirsə də, bu, erməni tərəfinin qəzəbinə tuş gəlib. Bolqarıstanda yaşayan ermənilər artıq həm kanalın rəhbərliyi, həm də materialı hazırlayan jurnalistin üzərinə hücuma keçiblər. Bu isə, bir tərəfdən, erməni siyasətinin nəinki demokratiyadan uzaq olduğunu, hətta təcavüz və terror üzərində qurulduğunu göstərir. Digər tərəfdən, indiyədək Ermənistanın dünyaya Qarabağ münaqişəsi ilə bağlı tamamilə yalan və böhtan dolu məlumatlar yaydığı, əsl həqiqətlərin isə gizlədildiyi aydınlaşır. 
Beləliklə, ermənilərin öz vəhşiliklərini gizlətmək cəhdləri nəticə vermir. Artıq cidanı çuvalda gizlətmək mümkün deyil. Ermənilərin bugünədək törətdikləri bədnam əməllər, günahsız insanların, xüsusən azyaşlı uşaqların yalnız azərbaycanlı olduğuna görə öldürülməsi ilə bağlı faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bu, informasiya müharibəsində Azərbaycanın qələbəsi deməkdir. Eyni zamanda, 2016-cı ilin aprelində və 2018-ci ilin mayında ermənilərə lazımi dərslər verən Azərbaycan Ordusu da qələbə yürüşünü davam etdirməkdədir.
Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında