Adil Əliyev: Türkiyədəki seçkilər demokratiyanın təntənəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğanı ilk olaraq təbrik etməsi qardaşlığın təntənəsi idi.
 
Məlum olduğu kimi, iyunun 24-də qardaş Türkiyə Respublikasında növbədənkənar prezident və parlament seçkiləri keçirildi. Seçkilərdən əvvəl və sonrakı prosesləri ümumi götürdükdə bir məsələni dəqiq söyləyə bilərik ki, qardaş ölkədəki seçkilər demokratiyanın inkarolunmaz qələbəsidir. 
Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev bildirib.
O qeyd edib ki, son iki ayda Türkiyədə müxalifət üçün yaradılan şərait, CHP, “İYİ” partiyaları liderlərinin bir ayda yüzdən artıq kütləvi mitinqlər keçirməsi, həmin tədbirlərin mətbuatda işıqlandırılması, hətta iqtidarın əleyhinə olan bütün çıxışların işıqlandırılması ilə seçilən FOX TV, bundan sonra tirajı yüz minlərlə olan qəzetlərin nəşri Türkiyədə demokratiyanın nəinki mövcudluğunun, həm də inkişafının sübutudur. 
Türkiyədə çox güclü müxalifət partiyaları var, hansı ki, mitinqlərinə yüz minlərlə, hətta milyondan çox insan gəlir: “ Bütün bunlar Türkiyə dövlətinin demokratik dəyərlərə yaratdığı şərait, fikir plüralizminə göstərdiyi etimadın nəticəsi idi. Lakin son sözü xalq dedi. Seçkilərdə nəinki Türkiyədə, həm də Azərbaycanda və digər müsəlman və türk ölkələrində milyonlarla tərəfdarı olan Rəcəb Tayyib Ərdoğan 52 faizdən artıq səslə qalib gəldi. Bu inamlı qalibiyyətdə ona Milliyyətçi Hərəkat Partiyası da yaxından kömək etdi. Bu, həm də MHP-nin qələbəsi kimi qiymətləndirilir. Çünki AKP və MHP koalisiya şəklində bu seçkilərə qatılmışdı.”
A.Əliyev sonda vurğulayıb ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi bundan sonra daha da inkişaf edəcək və ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının gücünü göstərəcək.
Hazırladı: 
Anar TURAN, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında