Milli Ordumuz Azərbaycanın problemlərini həll etməyə qadirdir

Mən paytaxtın elə bir ərazisində yaşayıram ki, ölkə miqyaslı istənilən tədbir gözlərimin qarşısında baş verir. Bu dəfə də belə oldu. Milli Ordumuzun yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad gözlərim qarşısında baş tutdu və mən fəxr etdim. 
 
Doxsana yaxın yaşım var. Çox paradlar görmüşəm. Ancaq qətiyyətlə deyə bilərəm ki, belə möhtəşəm paradı hələ görməmişdim. Hərbi texnikanın, silahların nümayişi, əsgərlərin nizami yerişi bir yana, cənab Prezidentin nitqinin özü ayrıca bir söhbət mövzusu idi. 
Dövlət başçımız dedi ki, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində -- keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilmişdir. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparılmışdır. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirilmişdir. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. 
Mən məhz həmin nitqdən öyrəndim ki, biz Naxçıvanda strateji yüksəklikləri azad etmişik. Prezident dedi ki, biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərib ki, Azərbaycan Ordusu güclü ordudur. Mən fəxr etdim ki, Azərbaycan dövləti çox güclü ordu yaratmışdır. Yəni ermənilər artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan qaçmaq istəməyəcəklər. 
Oxuculara məlum olduğu kimi, mən yaradıcılıqla bağlı Türkiyəyə tez-tez gedirəm. Ankara və İstanbuldakı görüşlər zamanı Türkiyə-Azərbaycan dostluq münasibətləri haqqında çox eşitmişəm. İyunun 26-da Bakıda keçirilən hərbi paradda Türkiyə qırıcılarının da iştirakını görəndə, həmin görüşlərdəki fikirlər yadıma düşdü. Biz, həqiqətən qardaş və dost ölkələrik. Mən inanıram ki, həmin dostluq sayəsində Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağıq. Milli Ordumuz həqiqətən Azərbaycanın problemlərini həll etməyə qadirdir. Buna görə bilavasitə dövlət başçımıza minnətdarıq. 
Tofiq BAKIXANOV, 
Xalq artisti, professor

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında