Dilarə CƏBRAYILOVA: Dünya birliyi Türkiyədə azad, ədalətli və demokratik seçkilərin şahidi oldu

“Türkiyədə keçirilən prezident və parlament seçkiləri şəffaf, ədalətli və demokratik şəraitdə başa çatıb. Bunu seçkilərin nəticələri də təsdiqlədi. Qardaş ölkədə keçirilən seçkiləridə müşahidəçi missiyası ilə iştirak edən Azərbaycan nümayəndə heyəti seçkiləri yüksək dəyərləndirib. Müşahidəçilərin qənaətinə görə, seçki məntəqələrində, seçkinin təşkilində, səsvermənin gedişində və bülletenlərin sayılmasında qanun pozuntusu müşahidə olunmayıb. Ortaya çıxan bütün suallar məntəqə üzvləri tərəfindən qarşılıqlı anlaşma şəraitində, müzakirə yolu ilə həll olunub”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova səsləndirdi.
 
Seçkilərin şəffaf, ədalətli və ­demokratik şəraitdə başa çatdığını bildirən D.Cəbrayılova qardaş ölkənin dünyaya demokratk seçki nümayiş etdirdiyini vurğuladı. Onun fikrincə, seçicilərin səsvermədə fəallığı mübarəzinin cox ciddi olmasından xəbər verirdi: “Demokratik şəraitdə keçirilən seçkilərdə qarşıdurmanın olmaması, seçkilərin nəticəsinə təsir edəcək hadisənin baş verməməsi, ciddi qanun pozuntularının qeydə alınmaması azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin yaradıldığından xəbər veirirdi. Seçkiərin təşkilində tətbiq olunan yeniliklər də demokratik prinsiplərə xüsusi önəm verilməsindən irəli gəlirdi”.
D.Cəbrayılova bildirdi ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səslə qalib gəldi: “Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi bir daha təsdiqlədi ki, türk xalqı öz liderinə inanır və güvənir. Bunu seçkiərin nəticələri də təsdiqlədi. Hətta seçkilərdə iştirak edən rəqiblər də bunu etiraf etdilər və cənab Ərdoğanın qələbəsini real, obyektiv qiymətləndirdilər. Artıq Türkiyənin tanınmış ictimai-siyasi xadimləri də təsdiqləyirlər ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb və beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Bu, prezident seçkilərində də özünü bir daha büruzə verdi”.
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında