Paşinyanın müharibə ritorikası daxili auditoriyaya hesablanıb

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Dağlıq Qarabağın adından danışmağa haqqı  olmadığı barədə iddiası və “arqumentləri” Azərbaycan ictimaiyyətinin nümayəndələri arasında dərin narazılıq doğurub. Ölkə ziyalıları hesab edirlər ki, Ermənistanın yeni iqtidarı bu yolla sivil dünyanı aldatmağa, bununla da hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən yayınmağa çalışır. Bu barədə tanınmış şair-publisist Hidayət Musabəyli bunları dedi:
 
– Ermənistan hökumətinin yeni başçısının Dağlıq Qarabağla bağlı saxta iddia və açıqlamaları hər birimizdə yalnız qəzəb və hiddət doğurur. Çox adam cinayətkar Koçaryan-Sarkisyan cütlüyünün devrilməsində “dirijorluq edən” bir şəxsin Qarabağ düyününün həlli istiqamətində daha ədalətli mövqe ­ortaya qoyacağını gözləyirdi. Təəssüf ki, bu, baş vermədi. 
Bəli, Nikol Paşinyan özündə siyasi iradə tapıb əsl həqiqəti deyə bilmədi. Bu həqiqət ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri qonşu, müstəqil dövlətin torpaqlarının 20 faizini – Dağlıq Qarabağı və ətraf yeddi rayonu  işğal ediblər. Özgə torpaqlarından dərhal çıxmaq əvəzinə Paşinyan, təəssüf ki, hədə və şantaj yolunu seçib. 
Paşinyanın niyyəti bəllidir. O, nə öz xalqının, nə də başqa xalqların taleyini düşünür. O, populist vədlərlə, min bir oyundan çıxaraq, ələ keçirdiyi baş nazir vəzifəsini itirməmək üçün saxta yola əl atır. Fikrimcə, o, savaş, müharibə ritorikası ilə özünün və ölkəsinin haqsız olduğunu gizlətməyə çalışır. 
Əslində, Paşinyan və onun komandası reallıq hissini itiriblər. Ermənistan hökumətinin başçısı başa düşmür ki, onun Dağlıq Qarabağın danışıqların subyekti olması ilə bağlı iddiası köhnə bayatıdır. Sivil dünya gözəl bilir ki, qondarma “DQR” Ermənistan silahlı qüvvələri tərəfindən qorunur və onun büdcəsi Ermənistanın xəsinəsindən maliyyələşdirilir. 
Hesab edirəm ki, Paşinyanın müharibə ritorikası daxili auditoriyaya hesablanıb. O, Azərbaycan Ordusunun iki il əvvəlki uğurlu Aprel əməliyyatlarından qorxuya düşmüş Ermənistanın hərbi və siyasi elitasını sakitləşdirməyə çalışır. Lakin Paşinyanın özünü çoxbilmiş və cəsarətli lider kimi təqdim etmək cəhdləri əbəsdir. 
Azərbaycanın igid əsgər və zabitləri ən yaxın gələcəkdə doğma Qarabağı mütləq azad edəcəklər. O zaman bu gün yalandan sinəsinə döyən Paşinyan kimi saxta siyasətçilər haqqın, ədalətin divanından qaçıb gizlənməyə yer axtaracaqlar. 
İyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə əlaqədar təntənəli hərbi parad keçirildi. Bu möhtəşəm tədbirdə bir daha vurğulandı ki, Milli Ordumuz doğma Qarabağımızda Qələbə  bayrağımızı ucaldacaq!   
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında