Dövlət bayrağımızın bütün Qarabağda dalğalanacağına əminik

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilmiş hərbi parad bütün Azərbaycan vətəndaşları, eləcə də respublikanın ziyalı təbəqəsi tərəfindən böyük maraq və qürur hissi ilə izlənildi. Parad son dərəcə möhtəşəm oldu. Ordumuzun arsenalındakı, demək olar ki, bütün silah növləri orada nümayiş etdirildi. Üstəlik, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin söylədiyi dərin məzmunlu nitq əyani şəkildə gördüyümüz mənzərəni daha da qüvvətləndirdi. İstər-istəməz, tamaşaçıda belə bir rəy formalaşdı ki, ordumuz bu silah-sursat və bu böyük vətənpərvərlik hissi, yenilməz qələbə əzmi ilə düşməni öz yuvasına qədər qovaraq torpaqlarımızı işğaldan tezliklə azad edəcək. 
 
Bu fikirlər Prezident İlham Əliyevin çıxışında da birmənalı şəkildə səsləndi: “Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Böyük qətiyyətlə deyilmiş bu sözləri eşidən və televizor ekranı qarşısında möhtəşəm paradı izləyən tamaşaçı əmin olurdu ki, Qarabağ uğrunda savaşın ikinci mərhələsinin başlanacağı təqdirdə Azərbaycan Ordusu terrorçu və işğalçı Ermənistan dövlətinə ən ağır zərbəsini endirməyə və onun 30 ilə qədər müddət ərzində işğalda saxladığı bütün ərazilərimizi azad etməyə qadirdir. Bunun ən bariz sübutu isə ordumuzun 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri üzərində qazandığı tarixi qələbəsi və bu yaxınlarda Naxçıvanda 11 min hektar ərazimizi azad etməsidir.   
Ali Baş Komandanımız öz nitqində bildirdi ki, Aprel və Naxçıvan qələbələri ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir. “2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu hərbi paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır. Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”.
Budəfəki hərbi paradı izləyəndən sonra Azərbaycan ictimaiyyəti əmin oldu ki, ordumuz, həqiqətən, həmin müqəddəs günləri – rayonlarımızın bir-birinin ardınca azad olunacağı günləri yaxınlaşdırmağa qadirdir. Biz sənə inanır və böyük ümid bəsləyirik, Azərbaycan Ordusu! Yeni-yeni qələbə soraqlarlarını gözləyirik! 
Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, 
tarix elmləri doktoru 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında