Katolikos II Qareginin təkcə istefası yox, həm də həbsi tələb edilməlidir

Ermənistanda artıq 19 ildir ki, dini lider olan II Qareginin istefası tələb edilir. Bununla bağlı İrəvanda başlanmış etiraz aksiyaları bir aya yaxındır ki, davam edir. Aksiyalar bütün ermənilərin katolikosunun iqamətgahı qarşısında keçirilir. Maraqlıdır ki, II Qareginin vəzifəsindən getməsini tələb edənlər arasında erməni din xadimləri də var. Onlar ali dini liderlərini korrupsiya və rüşvətxorluqda, işçilərin əməkhaqqını verməməkdə, yaxud kəsməkdə ittiham edirlər. 
 
Bir qədər əvvəl katolikosun dəftərxanasından bəyan edilmişdi ki, II Qaregin etirazçıları qəbul etməyə hazırdır və onlar bütün tələb və təkliflərini birbaşa katolikosun özünə deyə bilərlər. Etirazçılar isə katolikosla görüşün bağlı qapılar arxasında deyil, açıq-aşkar formada keçirilməsini tələb ediblər. Bununla yanaşı, katolikos istefa verməkdən imtina edib.
Əlbəttə, II Qareginin rəhbərliyi və birbaşa xeyir-duası ilə istər Ermənistan, istərsə də Azərbaycan ərazisində həyata keçirilmiş saysız-hesabsız cinayətlər xalqımıza yaxşı məlumdur. Həm keçən əsrin sonlarında, həm də 1988-ci ildən bəri Dağlıq Qarabağın işğalı ilə bağlı proseslər çərçivəsində Azərbaycan xalqına qarşı törədilmiş qəddarlıqların, vəhşiliklərin, eləcə də soyqırımı aktlarının arxasında ermənilərin dini idarəsinin, son 19 ildə isə II Qareginin dayandığı tarixi faktlarla sübut olunub. Dəfələrlə tarixçilərimiz öz əsərlərində təsdiq ediblər ki, iyirminci əsrin əvvəllərində erməni kilsələri gizli silah-sursat anbarı rolunu oynayıb və bu cəbbəxanadan dinc və günahsız azərbaycanlıların qanının axıdılmasında istifadə olunub. 
II Qaregin elə erməni xalqının başına gələn bəlalarda da birbaşa günahkardır. O, 2008-ci ilin martında İrəvanda dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır.  Ermənistanın o zamankı hakimiyyətinə bu cür cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Ermənistanın bugünkü acınacaqlı vəziyyətə düşməsində, ölkədə aclıq və yoxsulluğun geniş kütləni əhatə etməsində, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsində II Qaregin də Robert Koçaryan və Serj Sarkisyan qədər cavabdehdir. Ermənistan dövləti tərəfindən XX  əsrin sonu və XXI əsrin əvvəllərində həyata keçirilən və bu gün də davam edən işğalçılıq siyasətinin, qondarma soyqırımı ideyalarının əsas ilhamverici qüvvələrindən biri də məhz II Qaregindir. Bunu kim bilməsə də, Azərbaycan xalqı və bütün türk dünyası yaxşı bilir. Bu baxımdan, II Qareginin təkcə istefası deyil, həm də həbsi tələb edilməlidir. Əlbəttə, Azərbaycan xalqına qarşı cinayətlərinə görə Ermənistanda onu, yəqin ki, cəzalandıran olmayacaq, ancaq erməni xalqına qarşı törətdiyi bədnam əməllərə görə o, məsuliyyət daşıyır və hələ cəzasız gəzir. 
Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,  tarix elmləri doktoru
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında