Paşinyanın iddiaları onun özünə və ölkəsinə olan inamsızlığının ifadəsidir

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirmişdi ki, hüquqi və mənəvi baxımdan  onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Niyyət bəllidir. Ermənistanın yeni iqtidarı saxta arqumentlər uydurmaqla, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağla bağlı danışıqları uzatmağa, mövcud status-kvonu saxlamağa cəhd edir. 
 
N.Paşinyanın yersiz və məntiqsiz iddiaları Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrində kəskin qəzəb və hiddət doğurub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Solmaz Muxtarova bu barədə danışarkən bunları dedi: 
– Paşinyanın Dağlıq Qarabağla bağlı iddia və açıqlamalarını, bəlkə də, şərh etməyə lüzum yoxdur. Çünki bunlar münaqişənin həlli istiqamətində ciddi yanaşma deyil. Normal siyasətçi belə mənasız  mühakimələr yürütməz. Lakin bir halda ki, Paşinyan hazırda Ermənistan hökumətini təmsil edir, onun layiqli cavabı verilməlidir. 
Son günlər Azərbaycan mediasında Ermənistandakı hadisələrlə bağlı geniş rəy və şərhlərin yer almasını təqdir edirəm. Bu fikirlər Azərbaycan ictimaiyyətinin əhvali-ruhiyyəsini əks etdirir. Qoy düşmən bilsin ki, Azərbaycan xalqı qətiyyətlə öz tarixi torpaqlarını yağı düşməndən azad etmək əzmindədir. Mən hazırda ömrümün ahıl çağlarını yaşayıram. Bütün qəlbimlə, ruhumla əminəm ki, ən yaxın gələcəkdə Azərbaycanın igid əsgər və zabitləri doğma Qarabağı düşməndən azad edəcəklər. 
Düşmən Azərbaycan Ordusunun iki il əvvəlki uğurlu Aprel döyüşlərindən sonra bərk qorxuya düşüb. Hesab edirəm ki, Paşinyanın iddiaları məhz onun ölkəsinə və Ermənistan ordusuna olan inamsızlığının ifadəsidir. O bilir ki, işğalçı Ermənistan Azərbaycan Ordusunun qüdrəti qarşısında duruş gətirə bilməz. Münaqişədə Azərbaycanın haqlı tərəf olması ölkəmizin gücünü 
onqat artırır. Ermənilər bunu hiss edir və vahiməyə düşürlər. Buna görə də işğal faktını danmağa, hər vəchlə danışıqları ləngitməyə çalışırlar. 
Yeri gəlmişkən, Allahın hansısa bir məmləkətə qəzəbi tutanda, oraya reallıq hissini itirən birini rəhbər edir. Naşı, populist siyasətçi Paşinyan məhz belələrindəndir. Nikol Paşinyan reallığı dərk etməlidir, yoxsa, onu da özündən əvvəlki cinayətkar Kocaryan-Sarkisyan cütlüyünün acı aqibəti gözləyir.   
 
Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti”  
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında