II Qareginin cəmiyyətdə kəskin nüfuzdan düşməsi gözlənilən idi

İrəvandakı etiraz aksiyaları Ermənistanda dini-əxlaqi dəyərlərin aşınmaya uğramasının təzahürüdür
Məlum olduğu kimi, son günlər İrəvanda bütün ermənilərin katolikosu və Eçmiədzin kilsəsinin  rəhbəri II Qareginin vəzifələrindən istefa verməsini tələb edən etiraz aksiyaları genişlənir. Aksiya iştirakçıları ali dini liderdən xalqın qarşısına çıxıb indiyədək törətdiklərinə görə cavab verməsini tələb edirlər. II Qaregin isə suyun yeni baş  nazir Nikol Paşinyan tərəfindən bulandırıldığını bilir və istefa vermək istəmir. 
 
Şübhə yoxdur ki, Ermənistan paytaxtında baş verənlər bölgədə sabitliyi və təhlükəsizliyi təhdid edir. Belə ki, klanlararası çəkişmə və nüfuz mübarizəsi qonşu ölkədə qatı millətçiliyi, şovinizmi daha da gücləndirir. Buna görə də dünya, eləcə də  ölkəmizin ictimaiyyəti bu hadisələrdən narahatlıq keçirir. Bu barədə söz düşəndə Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli dedi:   
– Hesab edirəm ki, II Qaregin belə bir tale ilə gec-tez üzləşməli idi. Axı, o, üzərinə düşən əsas missiyanın – ermənilərin milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub saxlanılması vəzifəsinin yerinə yetirilməsi ilə məşğul deyildi. Heç kəsə sirr deyil ki, II Qaregin dini rəhbər kimi 19 illik fəaliyyəti zamanı erməni xalqına deyil, kriminallaşmış Ermənistan hakimiyyətinə, cinayətkar Koçaryan-Sarkisyan cütlüyünə xidmət edib. 
Bəli, II Qareginin kəskin nüfuzdan düşməsi gözlənilən idi. Əminəm ki, bu gün İrəvanda baş verənlər Ermənistanda dini-əxlaqi dəyərlərin aşınmaya uğramasının təzahürüdür. Ermənilər bundan nəticə çıxarmalı, cəmiyyətdə dini ayrı-seçkiliyi, “erməni müstəsnalığnı” təbliğ edən II Qareginin əməllərini ifşa etməlidirlər. 
Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri kimi bədnam ad çıxaran II Qareginin rəhbəri olduğu dini qurumlarda rüşvət və mənimsəmə halları  adi hal almışdı. Təsadüfi deyil ki, etiraz edənlər arasında kilsədən narazı qalan rahiblər də var. Onlar aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bildirirlər. 
Yeri gəlmişkən, II Qaregin türk xalqlarının qatı düşmənlərindən biridir. O, ermənilərin xristian dininin yayılması və inkişafında müstəsna rol oynadığını iddia edir, müsəlmanlara, xüsusilə türk dünyasına qarşı qatı millətçi təbliğat aparırdı. Sonda vurğulamaq istəyirəm ki, II Qaregin kimi başabəla dini liderlər təkcə öz xalqının deyil, bütün sivil dünyanın nifrətini qazanır. 
Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında