Dağlıq Qarabağın tərəf kimi danışıqlara cəlb edilməsini tələb etmək sülh prosesini pozmaq cəhdidir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə qoşulmaqdan yayınır. Bu barədə o, son zamanlar bir neçə dəfə bəyan edib. Xüsusən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə o bildirib ki, Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Onun fikrincə, “Dağlıq Qarabağ parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə”dir və Paşinyanın Ermənistanın baş naziri seçilməsində Qarabağ ermənilərinin heç bir iştirakı olmayıb. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda yalnız Ermənistanı təmsil edə bilər, Qarabağ ermənilərinin adından isə heç cür danışa bilməz. Azərbaycanla sülh danışıqlarında tərəf kimi Qarabağın erməni icması iştirak etməlidir.
 
Hesab edirəm ki, Ermənistanın küçə etirazları dalğasında hakimiyyətə gəlmiş baş naziri hələ siyasi reallıqları kifayət qədər dəyərləndirə bilmir. O, əlbəttə, yaxşı bilir ki, indiyədək 26 il müddətində Qarabağ münaqişəsinin tərəfləri kimi  Ermənistan və Azərbaycan qəbul edilib və danışıqlar da həmişə bu iki ölkə arasında aparılıb. İndən belə Qarabağ ermənilərinin tərəf kimi danışıqlara cəlb edilməsini tələb etmək, sülh prosesini pozmaq cəhdindən başqa bir şey deyil.  
Əgər Paşinyan Qarabağ ermənilərinin adından danışa bilmirsə, o zaman Dağlıq Qarabağ ərazisində Ermənistanın hərbi hissələri hansı əsaslarla yerləşdirilib? Qarabağ ərazisində Ermənistan vətəndaşları hərbi xidmət keçir, ərazi faktik olaraq Ermənistan ordusu tərəfindən qorunur. Bundan əlavə, qondarma Dağlıq Qarabağ rejiminin büdcəsinin formalaşması və təchizatında da Ermənistan iştirak edir.          
Başqa bir arqument. Əgər Qarabağ, Paşinyanın dediyi kimi, “müstəqil subyekt”dirsə, o zaman Ermənistan qoşunlarını oradan çıxarsın və Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Bu halda Azərbaycan Qarabağla birbaşa danışıqlara gedə bilər. Amma faktiki olaraq Qarabağ Ermənistan tərəfindən işğal edilib və Azərbaycan da işğal faktını ortadan qaldırmaq üçün danışıqları Ermənistanla aparmalıdır. 
Bütövlükdə Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı bəyanatları yalnız beynəlxalq auditoriyaya hesablanıb və danışıqlardan yayınmaq məqsədi daşıyır. Amma yaxşı olardı ki, Ermənistanın yeni rəhbərliyi keşmiş dövlət başçılarının səhvlərini təkrarlamaqdan və erməni xalqını düşdüyü uçurumun daha dərin qatlarına yuvarlamaqdan çəkinəydi, tezliklə münaqişənin həllinə nail olaydı. Artıq təkcə Azərbaycan və Ermənistan əhalisi deyil, beynəlxalq təşkilatlar da bu münaqişədən yorulub. Bunu onların bəyanatlarından görmək olar. Azərbaycanın da səbri tükənib. Paşinyan, nəhayət, başa düşməlidir ki, 2016-cı ilin Aprel hadisələrindən başlayaraq irəliləməkdə və yeni mövqelər ələ keçirməkdə olan Azərbaycan odrusu məsələnin həllini öz əlinə alanda Paşinyan üçün çox gec olacaq. 
Əflatun AMAŞOV, 
Milli Məclisin deputatı 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında