Azərbaycan iri infrastruktur layihələri reallaşdırmağa qadir dövlətdir

Son illərdə dünyada baş verən xoşagəlməz hadisələr, qarşıdurmalar, miqrant axını, iqtisadi və maliyyə böhranı əksər dövlətlərə və iri şirkətlərə ciddi zərbə vursa da, Azərbaycanın dinamik inkişafına, həmçinin qarşıya qoyulan hədəflərə çatmasına problem yaratmamışdır. Bunu bir-birinin ardınca reallaşan layihələr də təsdiqləyir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu dövlətlərə öz imkanlarını təqdim edir.

Dünən ölkəmiz daha bir uğura imza atdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu. Bununla yanaşı, Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq Neft və Qaz Sərgisinin də açılışı baş tutdu. Qazanılan uğurlar düzgün müəyyənləşdirilmiş startegiyanın məntiqi nəticəsidir.

1994-cü ildə ölkəmizdə ilk dəfə təşkil olunan Xəzər Neft-Qaz Sərgisi Azərbaycanı dünyada zəngin resurslara malik ölkə kimi tanıtdı. Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün də böyük əhəmiyyət kəsb etmişdir. Ötən 24 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır. Sərgidə iştirak edən şirkətlərin və ölkələrin sayı getdikcə artmaqdadır.Həmin il imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın əlaqələrini daha da genişləndirdi. Bu müqavilə Azərbaycana sanki yeni nəfəs verdi. 24 il əvvəl imzalanmış bu kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması ölkəmizə olan inam və etibardan irəli gəlmişdir.

Azərbaycanın öz təbii ehtiyatlarından müstəqil şəkildə və səmərəli istifadə etməsi iri şirkətlərin diqqətini ölkəmizə cəlb etmişdir. Dövlət başçımızın Səngəçal terminalında Cənub Qaz Dəhlizinin açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz bir daha göstərir ki, ancaq müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılışı gününün ölkəmizin tarixində çox əlamətdar, tarixi bir gün olduğunu diqqətə çatdıraraq dedi ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur: “Eyni zamanda, onu da qeyd etməliyəm ki, bu gün Bakı Ekspo Mərkəzində XXV Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayıb və sərgidə iştirak edən yoldaşlar bu gün bu mərasimdə də iştirak etmiş kimi sayıla bilərlər. Mən onları da salamlayıram. Bildirmək istəyirəm ki, 25 il ərzində ilk dəfədir ki, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verir”.

Cənub Qaz Dəhlizinin təməli 4 il bundan əvvəl bu ərazidə qoyulub. Bəzi üzdəniraqlar bu layihənin baş tutmayacağı barədə fikirlər səsləndirir, ölkəmizin iqtisadi inkişafını gözdən salmağa cəhd edirdilər. Lakin digər iri infrastruktur layihələr kimi Cənub Qaz Dəhlizinin reallaşacağına böyük inam var idi. Biz artıq bunun şahdi olduq. Bu layihənin nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb olmasına baxmayaraq, uğurla və vaxtında icra edildi. Təbii ki, bu, geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihədir.

Bu layihənin açılışı ilə Azərbaycan neft-qaz sənayesinin inkişafında yeni mərhələ başlanır.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan
Partiyası Nizami rayon təşkilatının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında