Cənub Qaz Dəhlizi uzun illər ərzində Avropanı mavi yanacaqla təmin edəcək

Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində ən mühüm və ən genişmiqyaslı layihələrdən biri kimi Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu tarixi hadisə Azərbaycanın təməlini ümummilli lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən çox dəqiqliklə həyata keçirilən ölkənin uzunmüddətli inkişafına hesablanmış enerji strategiyasının növbəti parlaq səhifəsidir.

Hazırda dünyada yaşanan məlum gərginliklər, enerji məsələlərində fikir ayrılıqları fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Xatırladım ki, bu məsələ milli təhlükəsizliyin vacib komponentlərindən birini təşkil edir. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Adı çəkilən layihə nəinki iştirakçı dövlətlərin, o cümlədən bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töfhələr verəcək.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə irəli sürüb. Ötən dövrdə böyük regional və qlobal əhəmiyyət daşıyan layihə ətrafında kifayət qədər geniş komanda formalaşıb. ABŞ və Birləşmiş Krallıq hökumətləri, o cümlədən Avropa İttifaqı tərəfindən Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verilir.

Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya da Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Geniş tərkibli komandanın əlbir və səmərəli fəaliyyəti layihə üzrə işlərin uğurla irəliləməsini təmin edib. “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin, habelə maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrasını təsəvvür etmək mümkün deyil.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hazırda Avropada Azərbaycan qazına çox böyük ehtiyac var. Həmçinin Azərbaycan da Avropa bazarı kimi geniş bir imkandan faydalanmaq niyyətindədir. Bu Azərbaycana özünün enerji resurslarını və marşrutlarını şaxələndirməyə imkan verir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə ilk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Bu isə bir daha Azərbaycanın regionun lider dövləti kimi, beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş imicini möhkəmləndirəcək, həmçinin ölkəmizin daha geniş coğrafiyada güclü aktor kimi iştirakını təsdiqləyəcək.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında