Rüstəm İbrahimbəyovun yuvarlandığı uçurum

Mənə elə gəlir ki, milli mənsubiyyəti və milli təəssübkeşliyi olmayan kimsə heç vaxt böyük yazıçı ola bilməz.

Kinodramaturq Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filminin ssenarisini yazması ilə bu fikri bir daha təsdiqləmişdir. Kiməsə qarşı şəxsi qərəzinə görə öz cızmaqarası ilə mənsub olduğu bütöv bir xalqa qara yaxmaq, kor atı minib köndələn çapmaq yaramaz hərəkətdir. Üzdəniraq ssenarisində hərzə-hədyan yazarkən  heç Qarabağ müsibətləri, Qaradağlı məşəqqətləri, Xocalı soyqırımı, Ağdaban faciəsi, Spitakda borulara doldurulub ağzı qaynaq edilən türk uşaqlarının acınacaqlı ölümü və yüzlərlə buna bənzər qanlı hadisələr, eləcə də 1918-ci ilin Mart qırğınları onun gözlərinin qarşısına gəlmədimi? Qulaqları o acı və ürəkdağlayan fəryadları eşitmədimi?!

Doğrusu, millətin çörəyini yeyən, özünü azərbaycanlı sayan heç kəs kimdənsə incidiyinə görə öz xalqını, millətini bu cür aşağılamaz. Haçandan qan içən “haylar”, “hayklar”, “nairilər” mədəniyyət daşıyıcıları olublar?!Axı onların özlərinin də bəzi məşhur yazıçıları –Xaçatur Abovyan, Avetik İsaakyan və başqaları etiraf edirlər ki, erməni toylarında, şənliklərində Azərbaycan havaları çalınır, mahnıları oxunur. İbrahimbəyovun bu əməlini –xalqı qorxaq, yaltaq, ikiüzlü kimi göstərməsini milli satqınlığın, milli xəyanətin Rüstəm İbrahimbəyov zirvəsi adlandırmaq olar. O, özünün bu çirkin niyyəti ilə acgözlüklə türk qanına susayan, Azərbaycan uşaqlarını divara mıxlayıb diri-diri dərisini soymaqdan həzz alan zori balayanların əməl qardaşına, əqidədaşına çevrilir.

Bədnam kinodramaturq iki xalq arasına milli nifaq salan səbəbləri dərindən araşdırmaq əvəzinə, həmişə xeyirxahlıqla nəfəs alan, multikultural dəyərləri yaşadan böyük bir xalqın heysiyyətinə toxunur. O, şəxsi mənafeyini xalqının, dövlətinin mənafeyindən üstün tutur və düşmən dəyirmanına su tökür.

Adam istər-istəməz belə qənaətə gəlir ki, Rüstəm İbrahimbəyov hədsiz riyakarlıq göstərir, quzu dərisində qurd olduğunu təsdiqləyir. O unudur ki, xəyanətlə tarixdə müsbət imic qazanmaq, ucalmaq olmaz. Belələrinin yeri dibi görünməyən uçurumlar zülmətidir.

Əşrəf VEYSƏLLİ,
Əməkdar mədəniyyət
 işçisi, şair


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında