Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir

Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filminin  ssenarisini yazmaqla xalqına, dövlətinə və millətinə xəyanət etdi.

Həmin  filmdə xalqımızın vəhşi, qəddar, milli kökləri olmayan obrazda göstərilməsi, işğalçı rejimin nümayəndələrinin isə alicənab, sülhsevər kimi təqdim olunması  məni çox təəssüfləndirdi. Bu məsələyə bir Azərbaycan vətəndaşı kimi haqq səsimi ucaltmaya bilməzdim. Çünki bu gün Azərbaycanın adı  dünyada qüdrətli ölkələr sırasında çəkilir. Bu isə erməniləri və onların havadarlarını ciddi narahat edir.  Onlar Rüstəm İbrahimbəyov,Əkrəm Əylisli kimi xəyanətkarlardan istifadə edirlər.

Qeyd edək ki, öz azərbaycanlılığını  çoxdan itirən  Rüstəm İbrahimbəyov bilərəkdən  işğalçı  erməni  ideoloqlarının əlində vasitəyə çevrilib. "Məşhur ssenarist" görəsən bu filmi çəkəndə  ermənilərin  Xocalıda azərbaycanlıların  amansızlıqla qətlə yetirilmələrini, başlarının dərisinin  soyulmasını, gözlərinin  çıxarılmasını, hamilə qadınların  süngü ilə dəlik -deşik edilmələrini heç yadına salmayıb? Yada salıbsa, bəs görəsən olmayan vicdanı necə susub?

Ermənini  günahsız göstərəndə  son yüz ildən artıq bir dövrdə azərbaycanlılara qarşı törədilən cinayətlərə haqq qazandırmaq öz ölkəsinə, xalqına açıqca düşmənçilik və xəyanət deyilmi?

Bu, bir daha onu göstərir ki, işğalçı rejimin  Azərbaycana qarşı apardığı  yalan və böhtan kampaniyası  iflasa uğradığı bir vaxtda “sapı özümüzdən olan baltalar” xəyanət yolu tutaraq onların köməyinə gəlir. Çünki bu riyakar xalq  öz törətdiyi  vəhşilikləri başqalarının adına yazmaqda peşəkardır.

Mənəviyyatdan və insaniyyətdən uzaq  olan İbrahimbəyov  kimilər  ciddi-cəhdlə çalışırlar  ki, münaqişənin kökündə ermənilərin işğalçılıq siyasətini pərdələsinlər, əvəzində  azərbaycanlıların  bu “məzlum xalqa”  dərin nifrət bəslədiyini sübut etsinlər.

Ancaq həqiqətin bir üzü var: Millətinə, xalqına xəyanət edən insanlar heç vaxt  bağışlanmayacaq.

İlham İSMAYILOV,
Azərbaycanlıların və digər
Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında