Sona VƏLİYEVA: Rüstəm İbrahimbəyov siyasi və biznes ambisiyalarına görə öz xalqına qarşı bu xəyanətkar addımı atmamalı idi

Rüstəm İbrahimbəyov siyasi və biznes ambisiyalarına görə öz xalqına qarşı bu xəyanətkar addımı atmamalı idi. Hər bir ziyalı bu məsələyə öz münasibətini bildirməlidir. Bunun başqa adı yoxdur, bu, xəyanətdir. Xəyanət də bu və ya digər formada müzakirə olunmur.

Bu fikirləri açıqlamasında “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

Sona Vəliyeva qeyd edib ki, Azərbaycan xalqı bu filmdə təhqir olunub. Rüstəm İbrahimbəyov bu addımı siyasi və biznes ambisiyalarına görə atıb. Bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox qaçqın və köçkünümüz var, Xocalı soyqırımı kimi böyük bir faciə yaşamışıq. Bütün bunların üzərində xoşbəxtlik piramidası qurmağa çalışan Rüstəm İbrahimbəyov bu mənfur niyyətlərini həyata keçirmək istəyir. Onun ürəyindən Oskar, Nobel mükafatları qazanmaq keçir. Qoy gedib nailiyyətini başqa yerdə axtarsın. Bu xalqın faciəsinin, dərdinin üzərindən şöhrət qazanmaq olmaz. Bu, ona heç vaxt uğur gətirməz. Biz belə insanları lənətləməliyik.    

Sona Vəliyeva vurğulayıb ki, vaxtilə əsərləri ilə özünü bizə tanıtdıran Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır. Bu dövlət ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq, onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında