Bir vaxt Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər indi xalqdan üzr istəməlidirlər

 “Mən Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filminə diqqətlə baxdım və sözün açığı, sarsıldım. Bir azərbaycanlının öz millətinə qarşı edə biləcəyi pisliyin bu qədərini gözləmirdim”.

AZADİNFORM xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, əgər bu “ziyalı”nın yaradıcılığını diqqətlə izləsək, görərik ki, onun bütün əsərlərində azərbaycanlılar bu və ya digər şəkildə aşağılanıb: “Yəni yenilik deyil belə Vətən xainliyi. Bu dəfə isə nifrətinin pik nöqtəsini göstərdi. Öz millətinə qarşı belə düşünmək necə mümkündür, anlaya bilmirəm. Görünən odur ki, erməniyə olan rəğbəti Rüstəm İbrahimbəyovun indiyə qədər içində gizlənib qalmış həqiqi naturasının özüdür və indi də bu natura çox çılpaq şəkildə özünü göstərməyə başlayır. Bəllidir ki, İbrahimbəyov cavanlığını vaxtilə “beynəlmiləl şəhər” adlandırılan Bakıda keçirib və həmin vaxt uşaqlıq, gənclik dostlarının əksəriyyəti də məhz ermənilər olub. Erməni dostları gənc Rüstəmə erməni ruhunu aşılamağı bacarıblar”.

Partiya sədri əlavə edir: “Heç şübhəsiz ki, bu film biz azərbaycanlılara qarşı bütün dünyada və ilk növbədə Rusiyanın kütləvi tamaşaçı auditoriyasında nifrət yaratmağa hesablanıb. Məqsəd də bizi qeyri-mədəni, qeyri-sivil, vəhşi və davakar (potensial aqressor) millət kimi tanıtmaqdır. Rüstəm İbrahimbəyov ifadə azadlığı, yaradıcılıq azadlığı kimi ümumbəşəri substansiyaları əldə bayraq edərək “Qafqaz üçlüyü” filmində həqiqətə uyğun olmayan, uydurulmuş səhnələri əks etdirir və bununla da dünya tamaşaçısını gerçək həqiqətdən yayındırır. Bəzi ekspertlər iddia edirlər ki, R.İbrahimbəyovun bu filmi çəkməsinin başlıca səbəbi onun hazırkı iqtidardan narazı olmasıdır. Ancaq bu filmin təkcə iqtidardan narazılığın məhsulu kimi ortaya çıxmasını düşünənlər, iddia edənlər yanılırlar. Məsələyə bu qədər bəsit yöndən yanaşmaq düzgün deyil.

Görünən budur ki, bu başabəla kinossenarist bir vaxtlar lideri və prezidentliyə namizədi olduğu “Milli Şura”dan da, müxalifətdən də, həmçinin, xalqdan da narazıdır. Hamımızı özünün “qara siyahı”sına salıb. Odur ki, sadəcə hökuməti deyil, bütün cəmiyyətimizi, hətta uşaqları da qatı antierməni mövqeyində təqdim edib. Ermənistana qarşı, Xocalı qatillərinə qarşı nifrət etməli olan Rüstəm bəy həzrətləri öz doğma ölkəsinə, xalqına qarşı nifrət ruhunda köklənib. Saqqallı, eynəkli ziyalı obrazına bürünən bu kinodramaturq tarixə erməni xalqının “böyük dostu” kimi düşmək istəyir. Qanadı altına sığındığı Rusiya dövlətinin ermənilərə gizli-aşkar dəstək verməsi haqqında, Qarabağ savaşının bitməsinə əngəl olması barədə isə ən kiçik işarə və mesajlara da yer verməyib.

Zatən təfəkkürü ruspərəstlik və ermənipərəstlik xəlitəsinin qarışığından yoğrulmuş bir kinossenaristdən bundan artığını gözləmək də mümkün deyil. İndi məni bir məsələ də çox ciddi şəkildə maraqlandırır: görəsən, bu “zati-möhtərəmi” bir vaxtlar Azərbaycanımızın birinci şəxsi postuna gətirməyə çalışan Əli Kərimlilər, Cəmil Həsənlilər, Eldar Namazovlar, Eldəniz Quliyevlər indi bu filmə baxarkən hansı hissləri keçirirlər? Onlar Rüstəm İbrahimbəyov kimi ermənipərəst eks-liderlərinə görə utanırlarmı? Və ən əsası isə, adlarını çəkdiyim və çəkmədiyim “bəylər” Rüstəm İbrahimbəyovu vaxtilə xalqa sırımağa çalışdıqlarına görə xalqdan üzr istəyəcəklərmi? Üzrünüzü gözləyirik, bəylər!”

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında