“Qafqaz üçlüyü” filmi Əkrəm Əylislinin “Daş yuxular”ının səhnələşdirilmiş variantıdır

Azərbaycanlı soyadını daşıyan bir şəxsin – Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu qədər qərəz mövqe nümayiş etdirməsinə bəlkə də təəccüblənmək lazım deyil. Çünki bu insan həyatının böyük bir hissəsini erməni nümayəndələri ilə dostluq münasibətlərində keçirib. İndi də onların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır.

Təəccüblüdür, kinorejissor gürcü, ssenari müəllifi azərbaycanlı, aşağılanan Azərbaycan xalqı, müdafiə olunan isə ermənilərdir. Yəni bu filmlə Rüstəm İbrahimbəyov Qafqazda iki xalqın--gürcü və ermənilərin Azərbaycan xalqına münasibətini formalaşdırmaq, xalqımızın vəhşi obrazını yaratmaq istəyir. Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır. Biz onları heç arayıb axtarmırıq, bəlkə də küçədə rastlaşanda salamlaşırıq . Heç erməni xalqı ilə düşmən də deyilik. Ancaq Ermənistanda hakimiyyətdə olan, öz xalqını çox ağır bir duruma gətirib çıxaran işğalçı rejimlə düşmənik. Çünki torpaqlarımızı işğal ediblər, insanları dədə-baba yurdlarından didərgin salıblar. Amma Rüstəm İbrahimbəyov kimi xalqına, Vətəninə düşmən kəsilən birisi Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal edən erməni quldurlarını dəstəkləyirsə, mən başqa bir söz tapa bilmirəm. Axı bizi tanıyan bütün dünya, eləcə də Azərbaycana gələn hər bir əcnəbi dünən, bu gün və sabah da xalqımızın humanist, qonaqpərvər, sülhpərvər bir xalq olduğunun şahidi olub və şahidi olmaqa davam edəcək.

Moskvada məskunlaşan, məkrli niyyətlərlə yaşayan Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi, əslində, film deyil, qərəzli tamaşa, qondarma süjet yığınıdır, Əkrəm Əylislinin “Daş yuxular” adlı cızmaqarasında təqdim etdiyi kadrların səhnələşdirilən variantıdır. Bu, həm də təkcə Azərbaycan xalqının aşağılanması deyil, eyni zamanda, Rüstəm İbrahimbəyovun erməni himayədarlarından aldığı böyük məbləğdə vəsaitin müqabilində atdığı namərd addımın, soydaşlarının kürəyinə sapladığı xəncərin məntiqi göstəricisidir.

Bir də ki, araşdırsaq, özünün “əsilzadəliyi” ilə fəxr edən Rüstəm İbrahimbəyovun da soy-kökündə ermənilərlə, yaxud onlara yaxın xalqın nümayəndələri ilə bağlılığının ortaya çıxacağını görə bilərik.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında