Sevinc Fətəliyeva: Azərbaycan nümayəndə heyəti AŞPA-da milli maraqlarımızın qorunması işini qətiyyətlə davam etdirəcək

“Biz növbəti dəfə AŞPA-da ikili standartların hökm sürdüyünün şahidi olduq. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri,  Milli Məclisin komitə sədri Səməd Seyidova qarşı tətbiq olunmuş sanksiya bunu bir daha təsdiqlədi”. Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva dedi.

S.Fətəliyeva bildirdi ki,  AŞPA-nın fəaliyyətində ikili standartlar  qeyri rəsmi qəbul olunmuş iş tərzidir.  Onun sözlərinə görə, belə qərarın qəbul olunmasına heç bir əsas yox idi. Azərbaycan nümayəndə heyətinin rəhbəri S. Seyidov AŞPA-da hər zaman ümumbəşəri və Avropa maraqlarını qoruyan təkliflər verib.  O, bu təşkilatın  qarşısında duran çağırışları, üzv dövlətləri narahat edən problemləri açıq söyləyərək, Azərbaycanın haqq sözünü Avropa ictimaiyyətinə çatdırıb.  Bir sözlə, həmişə həqiqəti söyləmək cəsarətində olub.  Eyni zamanda, daim Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasını gündəmdə saxlayıb.

“AŞPA hər zaman dünyada baş verən hadisələrə dərhal öz mövqeyini bildirir. Yaxın Şərqdə və digər ölkələrdə xalq ilə hakimiyyət arasında olan münasibətlərlə bağlı nümayişlər, aksiyalar zamanı xalqın iradəsi, mövqeyi dövlət tərəfindən nəzərə alınmadıqda,  AŞPA dərhal reaksiya verir, həmin ölkələrdə demokratiyanın bərqərar olunmasını və azadlıqların təminini tələb edir. Lakin, bu beynəlxalq təşkilat tərəfindən son vaxtlar ictimai-siyasi gərginliyin hökm sürdüyü Ermənistanla bağlı heç bir bəyanat verilmir, oradakı vəziyyət təhlil olunmur, heç bir qınaq və irad bildirilmir. Deməli, reallıq, həqiqət, əsl demokratiya, real insanların hüquqları artıq bu təşkilatların maraq dairəsində deyil. Bu vəziyyət təşkilatın nə qədər zəif olduğunu, əsl demokratiya və azadlıq mövqeyindən nə qədər uzaqlaşdığını nümayiş etdirir. Səməd Seyidovla bağlı qəbul olunmuş qərar da bunu təsdiqləyir. Amma belə qərarlar bizi haqq yolumuzdan döndərə bilməyəcək. Azərbaycan nümayəndə heyəti AŞPA-da milli maraqlarımızın qorunması işini qətiyyətlə davam etdirəcək”, -deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında