Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzinə çevrilir

Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi  Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən bu limanın fəaliyyətə başlaması ölkəmizin tranzit potensialının daha da artırılmasına, qeyri-neft sektorunun daha da  inkişafına öz müsbət təsirini göstərəcəkdir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu layihənin reallaşdırılması ilə təkcə iqtisadi mənfəət əldə olunmayacaq, həm də iqtisadi vəziyyətimiz daha da yaxşılaşacaq. Bu isə deməyə əsas verir ki,  geostrateji mövqeyə, çoxşaxəli iqtisadi-ticari əlaqələrə malik Azərbaycanın  dünyadakı nüfuzu daha da artacaq.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, deyə bilərəm ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi getdikcə artır. Bu, unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycanın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, respublikamızı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlərin uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.  

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir ki, respublikamızda keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi perspektivi üzərində qurulan logistika və ticarət sahəsində regional və qlobal dəyər zəncirlərinə inteqrasiya, dünyanın ən qabaqcıl təcrübələrinə dair nümunələrə əsaslanan tranzit ticarətindən yüksək gəlir əldə etmək məqsədilə əlavə dəyər yaradan xidmətlər təmin olunacaqdır.

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi də adıçəkilən  Strateji Yol Xəritəsində nəzərdə tutulan və artıq gerçəkləşdirilən xidmət layihələrindən biridir. Bu layihənin uğurla başa çatdırılması bir daha göstərdi ki, Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirməyə xidmət edir.

Elçin QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında