Ziyad Səmədzadə: Azərbaycan beynəlxalq münasibətlərin ən fəal aktorlarından birinə çevrilir

Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi və bu münasibətlə dövlətimizin başçısının ünvanına gələn təbriklər bir daha sübut edir ki, qloballaşan dünyada risklərin çoxaldığı, münaqişələrin dərinləşdiyi bir şəraitdə Azərbaycan dövlətinin nüfuzu daha da artır və ölkəmiz beynəlxalq münasibətlərin ən fəal aktorlarından birinə çevrilir. Azərbaycan irimiqyaslı, böyük gələcəyi olan layihələr həyata keçirir, dünyanın aparıcı dövlətləri ilə formalaşmış əməkdaşlığı daha da inkişaf etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Azərbaycan Prezidentinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinin böyük maraq doğurduğunu qeyd edən komitə sədri vurğulayıb ki, Azərbaycanın dünyanın aparıcı şirkətlərindən olan BP ilə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə qədəm qoyur. “Böyük Britaniyada keçirilən görüşlərdə Azərbaycana və onun Prezidentinə olan səmimi dostluq münasibətlərinin şahidi olduq. Bu səfər ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri xanım Tereza Mey ilə görüşü zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanması, həmçinin hazırda həyata keçirilən Cənub Qaz Dəhlizi, TAP, TANAP və digər bu kimi layihələr bir daha Azərbaycanın dünyanın enerji siyasətində önəmli rol oynayan ölkə olduğunu sübut edir. Azərbaycanın apardığı bu siyasət ölkəmizin milli maraqlarına və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Bütün bunlar Azərbaycanın dinamik və keyfiyyətli inkişafının uzun illər davam etməsini təmin edəcək”,- deyə Ziyad Səmədzadə vurğulayıb. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında