Ermənistanda xalqla hakimiyyət fərqli istiqamətlərə baxdığından bu qədər dərin uçurum yaranıb

Serj Sarkisyanın belə biabırçı şəkildə siyasi karyerasını bitirməsi heç kimdə, hətta onun özündə belə təəccübə səbəb olmadı. Çünki bu zat hakimiyyətə qan üstündə gəlmişdi, belə biabırçı sonluğu da olmalıydı. Bu  sözləri “Xalq qəzeti”nə açıqlamasında tanınmış siyasi şərhçi Azər Həsrət bildirib.

O deyib ki, 2008-ci ilin martında Sarkisyanın  saxta seçkidə qalib elan edilməsinə etirazını bildirən insanları əzdirməsi, 10 nəfəri öldürtməsi onun ilk fürsətdə xalqın qəzəbinə tuş gələcəyini demək üçün əsas verirdi. Biz bu hadisələrin nə vaxtsa baş verəcəyini gözləyirdik. Bu adam özünü dünyanın daha güclü dövlətlərinin liderlərilə bir sıraya qoymaq istədi, elə bir taktika seçdi ki, söz sahibi kimi tarixdə qala bilsin. Amma o, həqiqi liderlərin, obrazlı desək, ayaqqabılarını geyinsə də, yerişini yeriyə bilmədi.

A.Həsrət bildirib ki, bu məsələyə Azərbaycan prizmasından baxanda bir daha əmin oluruq ki, hakimiyyətlə xalqın birliyi doğrudan da vacib amildir. Azərbaycanda  xalqla hakimiyyət birliyi mövcuddur və bu birlik daim güclənir. Ona görə də kənar güclər ölkədə qarışıqlıq yarada bilmir. Ermənistanda isə xalqla hakimiyyət fərqli istiqamətlərə baxdığından bu qədər dərin uçurum yaranıb. Belə bir uçurumu olan heç bir ölkə sabit həyat yaşaya bilməz. Ona görə də Sarkisyan biabırçı şəkildə devrildi.

Ermənilərin durumu o qədər acınacaqlıdır ki, onlar artıq itirəcək bir şeyləri qalmadığından tarana getdilər və bu nəticəni əldə etdilər. Yenə də Azərbaycana qayıtsaq, dövlətin apardığı xalqyönümlü siyasətin nə qədər doğru olduğuna təkrar əminlik yaranar. Bizim dövlətimiz, şəxsən
Prezident İlham Əliyevin özü bütün məsələlərdə xalqın rifahını, ölkənin sabitliyini düşünür. Ermənistandakı rejim isə sadəcə, özünü düşünürdü, nəticə də məntiqə uyğundur  – deyə siyasi şərhçi sonda vurğulayıb.

Hazırladı: Anar TURAN,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında