Azərbaycan və Türkiyə tarixi, soyu, mədəniyyəti bir olan iki dövlətdir

Bu günlərdə Azərbaycan Prezidenti, cənab İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə rəsmi səfəri, Ankarada həmkarı, cənab Rəcəb Tayyib Ərdoğanla apardığı geniş müzakirələr, imzalanan mühüm sənədlər ölkəmizin ictimaiyyətinin ən geniş təbəqələri arasında dərin əks-səda verib. Bu barədə söz düşəndə Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının baş müəllimi, tarix elmləri namizədi, dosent İlham Mazanlı bunları dedi:

– Azərbaycan-Türkiyə münasibətləri təkcə strateji əməkdaşlıq münasibətləri deyil, həm də qardaşlıq münasibətləridir. Müasir beynəlxalq hüquq, bəlkə də, nəzəri cəhətdən bu iki müstəqil dövlət arasında mövcud olan “qardaşlıq münasibətləri” anlayışını izah və şərh etməyə çətinlik çəkir. Amma, təcrübədə bunun real nümunəsi var: Azərbaycan-Türkiyə qardaşlığı və sarsılmaz dostluğu!

Təbii ki, bu məqamda ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirən dərin mənalı “Bir millət, iki dövlət” ifadəsi yada düşür. Məhz ulu öndər iki dövlət arasındakı səmimi münasibətləri ən yüksək səviyyəyə qaldırmağa  nail olub. Sevindirici haldır ki, bu müdrik siyasi xətt dövlətimizin hazırkı rəhbəri, möhtərəm İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.

Təsadüfi deyil ki, Azərbaycan lideri bu il 11 apreldə keçirilən prezident seçkilərində böyük uğurla qələbə qazanaraq dövlət başçısı kimi təntənəli surətdə and içdikdən sonra ilk xarici səfərini məhz Türkiyəyə etdi. Cənab İlham Əliyev Ankarada minnətdarlıq hissilə qeyd etdi ki, seçkilərdə qazandığı qələbə münasibətilə onu ilk təbrik edən əziz qardaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir, müttəfiqlərdir.

Türkiyə Azərbaycanın uğurlarını təkcə müşahidə etmir, həm də bir qardaş olaraq sevinir. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ölkəmizin başçısı cənab İlham Əliyevə müraciətlə dedi ki, Siz, Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracağına dərin inamım var.

Mən ixtisasımla bağlı olaraq çağdaş dünya, o cümlədən Türkiyə mətbuatını yaxından izləyirəm. Hörmətli “Xalq qəzeti”nin oxucularının diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri qardaş ölkənin həm çap, həm də elektron mediasında geniş işıqlandırıldı. Bu istiqamətdə çox qiymətli fikirlər, mülahizələr səsləndirilir, şərhlər dərc edilir. Bu barədə BDU-nun jurnalistika fakültəsinin tələbələrinə fikrimi bildirmişəm. Çox yaxşı haldır ki, Azərbaycan və Türkiyə jurnalistləri iki qardaş xalq və dövlət arasındakı səmimi əlaqələrin daha da güclənməsinə öz töhfələrini verməyə çalışırlar.

Sonda bir daha vurğulamaq istəyirəm: Azərbaycan və Türkiyə, həqiqətən, tarixi, soyu, mədəniyyəti bir olan iki dövlətdir. Tarix durduqca, bu dostluq və qardaşlıq yaşayacaq!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında