“Ölkələrimiz arasında əməkdaşlığa və dostluğa böyük önəm verilir”

“Türkiyə-Azərbaycan münasibətləri tarixin bütün dövrlərində həm ölkələrimiz, həm də region üçün çox mühüm rol oynayıb. Hazırda hər iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha uğurla inkişaf etməsi üçün qarşılıqlı olaraq zəruri addımlar atılır. Türk dünyasının liderləri olan Azərbaycan və Türkiyə böyük nailiyyətlərə nail olub, tarixi inkişaf yolu keçiblər. Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə enerji daşıyıcıların nəqli sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi xüsusilə təqdirəlayiqdir.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP kimi mühüm layihələr Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə mövcud olan dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. Bu cür mühüm layihələrin həyata vəsiqə alması, görülmüş işlərin miqyasının getdikcə genişləndirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin möhtəşəmliyini sübut etməklə yanaşı, nəticə etibarilə, həm də dünya miqyasında iqtisadi yüksəlişə və beynəlxalq birliyə töhfə vermək gücünü də nümayiş etdirir. Ölkələrimiz arasında münasibətlərin vacib elementlərindən olan neft və qaz kəmərləri Azərbaycan və Türkiyənin nüfuzunu dünyada artırmaqla yanaşı, enerji təhlükəsizliyi üçün də təminat hesab olunur.  

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev, prezident seçkilərindən sonra ilk səfərini qardaş Türkiyəyə etməsi özlüyündə böyük siyasi əhəmiyyət daşıyır. Ümumiyyətlə, iki türk ölkəsi rəhbərlərinin seçkilərdən sonra ilk rəsmi səfərlərini məhz qardaş ölkəyə etməsi bir daha göstərir ki, ölkələrimiz arasında əməkdaşlıq və dostluğa böyük önəm verilir”.

Bu sözləri qəzetimizə İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov dedi. Ölkələrimizin bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan veteran, eləcə də, idman sahəsində parlaq qələbələrimizin möhkəm əsasa söykəndiyini dedi: “Azərbaycan və Türkiyə, həm də İslam aləminin lider dövlətləri hesab olunurlar və  dünya müsəlmanlarının həmrəyliyinin gücləndirilməsinə də öz töhfələrini verirlər. Ötən il keçirilən İslam Həmrəyliyi Oyunlarında ölkələrimizin əldə etdiyi yüksək nəticələr bir daha buna sübutdur.   

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında çıxışı zamanı Türkiyə və Azərbaycan arasında qarşılıqlı dəstək və güclü iş birliyinin ölkələrimizi gücləndirdiyini və bunun regionda yeni vəziyyət yaratdığını qeyd edib: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək”. İclasdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Təbii ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII  iclasında müzakirəyə çıxarılan məsələlər və onların həlli iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox vacibdir”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında