Piter Kropş: Çox şadam ki, AZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansının fəal üzvüdür

Çox şadam ki, AZƏRTAC Avropa Xəbər Agentlikləri Alyansının (EANA) fəal üzvüdür. Dünyanın müxtəlif ölkələrində və cəmiyyətlərində boşluqların olduğu bir vaxtda belə alyanslar mühüm körpü rolunu oynayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın DPA agentliyinin prezidenti Piter Kropş deyib.

Avropanın nüfuzlu KİV nümayəndələrinin ildə iki dəfə EANA konfransları çərçivəsində toplaşdıqlarını söyləyən Piter Kropş belə tədbirlərin ötən müddət ərzində informasiya sahəsində yaranmış problemlərin həlli, fikir mübadiləsi aparılması baxımından əhəmiyyətinə toxunub: “Müzakirə edəcəyimiz bir çox mühüm məsələlər var. Medianın gələcəyi sadə, eyni zamanda, çox mürəkkəbdir. Müstəqil mediaya böyük tələbat var. Media informasiyanın yayılmasını asanlaşdırır. Maliyyələşməni təmin etmək üçün çox iş görməliyik”.

Müstəqil və plüralist medianın demokratik cəmiyyət üçün yeganə yol olduğunu vurğulayan Piter Kropş istənilən ölkənin mediasının bu çağırışa cavab verməsinin zəruriliyini bildirib: “AZƏRTAC-ın fəaliyyətini və beynəlxalq media qurumlarının inkişafına verdiyi töhfələri yüksək dəyərləndirirəm. Əlbəttə, qarşımızda hələ uzun yol var. Dialoq inkişaf üçün mühüm şərtdir”.

Piter Kropş Dünya Xəbər Agentliklərinin Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçirilən V Konqresinin media sahəsində təcrübə mübadiləsi aparılmasında mühüm platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Konqresin materiallarının kitab halında nəşr olunması təqdirəlayiqdir. Müasir medianın aktual problemləri, jurnalistikanın üzləşdiyi çağırışlarla bağlı müzakirələrin, çıxışların bir arada toplanması faydalı olmaqla yanaşı, dünya xəbər agentlikləri arasında dialoqun və əməkdaşlığın inkişafı baxımından da diqqəti cəlb edir.

Xatırladaq ki, aprelin 26-da Rumıniyanın paytaxtı Buxarestdə EANA-nın “Xəbər agentlikləri və dəyişən market: Yeni inkişaf edən məzmun üçün strategiyalar” mövzusunda konfrans keçirilib. Avropanın 30-dan çox xəbər agentliyinin nümayəndələrinin iştirak etdiyi konfransda AZƏRTAC da təmsil olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında