Ermənistanda baş verən son hadisələr bu ölkənin gələcək rəhbərləri üçün ibrət dərsi olmalıdır

Məlum olduğu kimi, bu günlərdə Ermənistanda  keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsi əleyhinə başlanan kəskin etiraz mitinqləri Qarabağda əli dinc, günahsız soydaşlarımızın qanına batmış bu müharibə canisinin hakimiyyətdən bədnam surətdə qovulması ilə başa çatdı.

Bu hadisə Ermənistanın özündə, region ölkələrində, o cümlədən Azərbaycan ictimaiyyətində dərin-əks səda doğurmuşdur.

Dünən “Qarabağ əlilləri və veteranları cəmiyyəti” ictimai birliyinin sədri, Qarabağ müharibəsi əlili Növrəstə Yusifova bu barədə danışarkən dedi:

-Mən Qarabağ müharibəsinin ən ağır döyüşlərində iştirak etmişəm. Müharibə əliliyəm. Bu günlərdə tez-tez döyüşçü dostlarımla görüşürəm. Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və müzakirə edirik. Hesab edirik ki, Qarabağ klanının başçısı Serj Sarkisyanın aqibəti gözlənilən idi. Axı, Serj və onun quldur dəstəsi Qarabağda dinc, günahsız soydaşlarımıza qarşı bir-birindən amansız vəhşiliklər, zorakılıqlar törədib.

Bəli, belə bir qəddar klan son illər ərzində Ermənistanda hakimiyyəti zəbt edərək qatı militarist siyasət yürüdür, saxta vətənpərvərlik və müharibə ritorikası altında öz xalqına qarşı talançılıqla məşğul olurdu. Serj layiqli cəzasını aldı. Hələ bu, ilk mərhələdir. Düşünürəm ki, Serj Sarkisyan kimi müharibə caniləri beynəlxalq məhkəmə qarşısına çıxarılaraq mütləq öz layiqli cəzalarını alacaqlar.  

Bu günlərdə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Dövlətimizin başçısı tədbirdəki parlaq nitqində  bir daha  Qarabağ probleminin həlli ilə bağlı öz qətiyyətli mövqeyini bəyan etdi. Bildirdi ki, Azərbaycan Ordusu bu gün çox güclüdür və ölkəmizin ayrılmaz parçası olan Qarabağı azad etmək iqtidarındadır. Biz müharibə veteranları əminik ki, zəfər günü isə yaxındadır!  

Mən bütün ruhumla, qəlbimlə əminəm ki, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd, igid oğulları doğma torpağımızı yağıdan azad edəcəklər. Azərbaycanın bir qarış torpağı belə işğalçıların tapdağı altında qalmayacaq. Aprel döyüşləri ordumuzun gücünü, yenilməz ruhunu parlaq şəkildə göstərdi. İstəyirəm ki, Ermənistanın yeni formalaşacaq rəhbərliyi də bunu unutmasın!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında