Musa Qasımlı: Erməni xalqı nəhayət anladı ki, Serj Sarkisyan ölkəni fəlakətə sürükləyir

Ermənistanda baş verən hadisələr onu göstərdi ki, Serj Sarkisyan iqtidarı erməni xalqının maraqlarının əleyhinə işləyib və son günlərdə baş verənlər onun cinayətkar əməllərinin nəticəsidir. Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, təxminən 10 günə qədər Ermənsitanda kütləvi mitinqlər davam etdi, erməni incəsənət xadimlərinin bir çoxu öz fəxri adlarından imtina etdi, hətta polisin və ordunun sıralarından xalqın tərəfinə keçənlər oldu. Bu, bir daha erməni xalqını kölə vəziyyətinə salan, onu istismar edən və Dağlıq Qarabağ məsələsində qeyri-konstruktivlik nümayiş etdirən və bundan yalançı vətənpərvərlik şousu düzəldərək, öz hakimiyyətinin ömrünü uzatmağa çalışan Sarkisyanın ifşa olunması idi. Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan bir növ canını qurtardı. Sarkisyan hətta bundan əvvəlki konstitusiya dəyişiklərində öz xalqına söz vermişdi ki, baş nazir olmaq üçün çalışmayacaq. Lakin o, sözünə xilaf çıxaraq, baş nazir postunu ələ keçirdi və nəticədə devrildi.

Musa Qasımlı qeyd edib ki, illərdir erməni xalqı “Qarabağ klanı” deyilən bir xuntanın ölkəni idarə etməsindən əziyyət çəkir. Bu şəxs Xocalıda dinc insanların öldürülməsində iştirak etmişdi, 2008-ci il seçkilərində onlarca nümayişçini qanına qəltan etmişdi. Bundan əlavə, onun hakimiyyəti illərində ölkədən gedənlərin sayı pik həddə çatmış, korrupsiya və kriminal vəziyyət xaotik bir durum yaratmışdı. Bu baxımdan, erməni xalqı nəhayət ki, onunla bir yol getməyin mümkünsüzlüyünü anladı.

S.Sarkisyan Qarabağ probleminin həllində də öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutaraq münaqişənin həllində heç bir addım atmadı: “Ümumiyyətlə, Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Çünki Azərbaycan regionun əsas layihələrinin təşəbbüskarı və icraçısıdır. Bu isə Ermənsitanı dalana dirəyir. Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. Əks halda təcrid vəziyyəti davam edəcək” – deyə Milli Məclisin deputatı əlavə edib.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında