Prezident İlham Əliyev yüksək ağıl, zəka və səriştəsi ilə ulu öndərin ideyalarının əbədiyaşarlığını təmin edibdir

Azərbaycan xalqı bu il aprelin 11-də düzgün, ədalətli və müdrik seçim edərək, böyük səs çoxluğu ilə cənab İlham Əliyevi dövlətimizin ən ali vəzifəsi --ölkə Prezidenti seçdi. Azərbaycan vətəndaşları bununla da ölkəmizdə sabitliyə, təhlükəsizliyə və tərəqqiyə səs verdilər.

Məhz həmin mühüm amillərin sayəsində müstəqil Azərbaycan bu gün regionun ən güclü və modern dövlətinə çevrilib. Zərrə qədər şübhə etmirəm ki, müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi sayəsində bundan sonra da tarixi uğurlara imza atacaq.

Bu sözləri yazmağa məni cənab Prezidentin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqi sövq etdi. Bu, xalqa, dövlətə, Vətənə sədaqət andı idi! Mən şəxsən bu parlaq nitqi müstəqil Azərbaycanın qarşıdakı illərdə daha sürətli tərəqqisi, dünyanın ən sivil, modern dövlətlərindən birinə çevrilməsi üçün milli intibah proqramı hesab edirəm.

Bəli, cənab İlham Əliyevin müdrik liderliyilə bu gün Azərbaycan dövləti qarşısında duran ən böyük çağırışların öhdəsindən gəlməyə qadirdir. Bu möhtəşəm zəfər yolunun bünövrəsi dünya tarixinin ən görkəmli siyasətçilərindən böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub.

Heydər Əliyev Azərbaycan xalqının tarixində, bütövlükdə XX əsr dünya siyasətində elə böyük bir zirvədir ki, zaman keçdikcə bu dahi siyasətçinin yeri və xidmətləri daha aydın və aşkar hiss olunur. Ümummilli lider bütün şüurlu həyatını, tükənməz enerjisini həyatı qədər sevdiyi millətinin tərəqqisi işinə həsr edib.

Sevindirici haldır ki, ölkəmiz bu yolda böyük inamla irəliləyir. Bəli, Prezident İlham Əliyev yüksək ağıl, zəka və səriştəsi ilə bu siyasətin əbədiyaşarlığını təmin edə bilibdir.

Qeyd etmək istəyirəm ki, Heydər Əliyevin zəngin ideya və şərəfli həyat məktəbinin ən layiqli yetirməsi olmaq, çətin olduğu qədər də şərəfli bir missiyadır. Prezident İlham Əliyev həqiqətən bu tarixi missiyanı ləyaqətlə yerinə yetirir. Möhtərəm Prezident öz xalqının yüksək intellekt və işgüzarlığının, zəngin mədəniyyətinin və mənəviyyatının rəmzinə çevrilərək dünyanın gözündə xalqı ilə bərabər özü də ucalır.

Bir məqamı da vurğulamaq istəyirəm. Çox yaxşı haldır ki, Azərbaycanın milli dövlətçilik tarixində siyasi varislik ənənələri qorunub saxlanılır. Təbii ki, zamanın yeni çağırışları və hədəfləri nəzərə alınmaqla, bu ənənələr daha da inkişaf etdirilir.

Zaman bu gün xalqımızın xeyrinə işləyir. Azərbaycanın gələcəyinin daha da parlaq olacağına bütün qəlbimlə, ağlımla inanıram. Bu yolda biz ziyalılar da ölkənin xoşbəxt gələcəyi naminə cənab Prezidentin apardığı yorulmaz fəaliyyətində kömək olmalıyıq.

Azad RZAYEV,
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı,
Tarix elmləri namizədi, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında