Serj Sarkisyan bu cür bədnam aqibətə gec-tez düçar olmalı idi

Mən dünən axşam yerli və beynəlxalq informasiya saytlarında Ermənistanın keçmiş prezidenti, cəmi bir neçə gün əvvəl isə bu ölkədə baş nazir təyin olunan, əslində bu vəzifəni min bir hiylə ilə özü üçün mənimsəməyə çalışan Serj Sarkisyanın zorən istefa verməsi barədə xəbəri eşidəndə çox məmnun oldum. Qəlbimdən belə bir nida qopdu: Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda dinc, günahsız soydaşlarımızın qətlində əli olan bütün cinayətkarları məhz Serjin taleyi kimi belə bədnam, şərəfsiz aqibət gözləyir!

Çoxlarına bəllidir ki, Serj Sarkisyan və onun klanı 1980-ci illərin sonlarından başlayaraq Qarabağda olmazın ağır cinayətlər törədiblər, sonra isə Ermənistanda qorxu, şantaj yolu ilə hakimiyyətə gələrək ölkə əhalisinin var-dövlətini yağmalayıblar. Serj Sarkisyan cəzasız qalacağına arxayınlaşaraq o qədər azğınlaşmışdı ki, bir gün haqq-hesab verəcəyini tamamilə unutmuşdu. Nahaq yerə! Ermənistanda son illər ərzində haqları tapdanan, hüquqları əllərindən alınan, hər addımbaşı aldadılan, Sarkisyanın özü və harınlaşmış məmurları tərəfindən, demək olar ki, hər addımbaşı təhqir olunaraq alçaldılan sadə ermənilər dünən onu ölkənin siyasət olimpindən biabırcasına qovdular.

Xatırladaq ki, son illər Ermənistanın üzdəniraq lideri Sarkisyan beynəlxalq birliyin təzyiqi altında Azərbaycan tərəfi ilə Qarabağla bağlı sülh danışıqlarını aparmağa məcbur olsa da, real olaraq insinuasiya ilə məşğul olur, müzakirələri süni surətdə uzatmağa çalışırdı. O, faktiki olaraq beynəlxalq aləmi və Ermənistan ictimaiyyətini aldatmaqla məşğul olurdu. Əslində, Ermənistanın Qarabağda apardığı işğalçı müharibənin məşum başçılarından biri olan Sarkisyanın sülh danışıqlarında iştirak etməyə belə heç bir mənəvi haqqı yox idi. Çünki, o, cani və qatildir! 

Mən Əfqanıstan və Qarabağ müharibələri iştirakçısıyam. Uzun illər həyatda və ağır döyüş cəbhələrində  hasil etdiyim qənaət budur ki, bu dünyada heç kəs haqqın, ədalətin divanından yayına bilməz. Əminəm ki, Serj və onun cinayətkar əlaltıları mütləq mühakimə olunacaqlar. Bəli, Sarkisyan və onun başçılıq etdiyi klan Beynəlxalq Məhkəmə qarşısına çıxarılaraq Xocalıda, Daşaltıda, Qaradağlıda törətdikləri qətliamlara görə mütləq cavab verəcəklər!

Sərraf ORUCOV,
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında