Ermənistan onu beynəlxalq layihələrdə iştirakdan, inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu

“Erməni xalqı müharibə canisi, minlərlə günahsız insanın ölümünə bais olmuş Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsindən sonra ağıl və zəkanın səsini dinləməli, regionda sülhün və təhlükəsizliyin bərpası istiqamətində real addımlar atmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir”.   

Bu fikri  Serj Sarkisyanın istefa verməsinə dair bəyanatına münasibət bildirən “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov “TREND”-ə açıqlamasında bildirmişdir. O qeyd etmişdir ki, erməni xalqı 20 ildən artıq bir müddətdə onu girov saxlayan, beynəlxalq layihələrdə iştirakdan, tərəqqi və inkişafdan məhrum edən, ölkəni uçuruma sürükləyən, Ermənistan dövlətini işğalçı rejim kimi dünyada gözdən salan müharibə canisi Serj Sarkisyandan xilas oldu: “Sarkisyan Xocalı soyqırımının təşkilatçılarından, Dağlıq Qarabağ münaqişəsinin əsas günahkarlarından biri kimi çoxsaylı qanlı cinayətlər törətmiş müharibə canisidir. O, Dağlıq Qarabağ kartından sui-istifadə yolu ilə erməni xalqını olmazın müsibətlərə düçar etmiş, öz hakimiyyətini qan və zülm üzərində bərqərar etmişdir.   

Qatil prezidentin baş nazir vəzifəsini tutmaq, hakimiyyətini uzatmaq arzusu gözündə qaldı. Ölkənin sərvətlərini talamış, erməni xalqını səfil gününə salmış Sarkisyan klanı sərt etiraz aksiyasına başlamış xalqdan ağır zərbə aldı. İşğalçı rejim cinayətkar əməllərinə, tökdüyü qanlara görə cavab verməlidir. Azərbaycan torpaqları işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini tərk etməlidir, region sülhə və əmin-amanlığa ­qovuşmalıdır”.

Həsən Həsənov bildirib ki, illərdən bəri Azərbaycan dövlətinin yeritdiyi siyasət öz bəhrəsini verməkdədir, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına dair BMT qətnamələri yerinə yetirilməli, regionda sülh və təhlükəsizlik bərpa olunmalıdır:

“Heç kimə sirr deyildir ki, Azərbaycan Ordusu hazırda dünyanın  güclü orduları sırasındadır, ən müasir silahlarla təchiz olunub və qısa müddətdə öz torpaqlarını azad etmək iqtidarındadır. Lakin Azərbaycan rəhbərliyi hələlik sülh danışıqlarına üstünlük verir, regionda müharibənin yenidən alovlanmasını istəmir. İşğalçı rejimdən, qanlı xunta rejimindən xilas olmuş  Ermənistan, nəhayət ki, azad nəfəs almaq imkanı qazandı. Erməni xalqı  Azərbaycanın humanist mövqeyini dəyərləndirməyi bacarmalı, torpaqlarımızı qan tökülmədən azad etməlidir. Əks–təqdirdə Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-­olsun azad edəcəkdir”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında