“Prezident İlham Əliyevin möhtəşəm fəaliyyəti ulu öndərin Azərbaycanla bağlı arzularının parlaq təcəssümüdür”

Məlum olduğu kimi, müstəqil Azərbaycanda azad, şəffaf surətdə baş tutan prezident seçkilərindən bir həftə sonra ölkə vətəndaşlarının böyük əksəriyyətinin dərin inam və etimadını qazanan cənab İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir. Möhtərəm dövlət başçımızın həmin mərasimdəki dərin məzmunlu, parlaq nitqi ilə sonsuz maraqla tanış olmuşam.

Mən bu parlaq nitqi Azərbaycanın qarşıdakı illərdə daha sürətli tərəqqisi, dünya birliyinin ən sivil, modern dövlətlərindən birinə çevrilməsi istiqamətində böyük hədəf və çağırışları özündə ehtiva edən milli intibah proqramı hesab edirəm. Dövlətimizin başçısı faktiki olaraq bütün dünyaya mesaj verdi ki, insan hüquq və azadlıqlarının yüksək tutulduğu ölkəmiz dünyəvi, demokratik inkişaf istiqamətindəki zəfər yürüşünü bundan sonra da qətiyyətlə davam etdirəcək.

Bəli, Azərbaycan bu gün böyük inkişaf və tərəqqi yolundadır. Ölkəmiz hazırda regionun lider dövlətinə çevrilib. Azərbaycan dövləti hər hansı bir problemi həll etmək, o cümlədən Dağlıq Qarabağı azad etmək iqtidarındadır. Möhtərəm Prezidentimizin andiçmə mərasimində münaqişənin həlli ilə bağlı səsləndirdiyi cəsarətli fikirlərə görə bir azərbaycanlı olaraq qəlbimdə böyük qürur və fəxarət hissi keçirdim. Azərbaycan liderinin dəyərli sözləri mənə ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini xatırlatdı. Hesab edirəm ki, cənab İlham Əliyevin uğurlu fəaliyyəti ulu öndər Heydər Əliyevin Azərbaycanla bağlı arzularının parlaq təcəssümüdür.

Azərbaycanın bütün sahələrdəki heyrətamiz uğurları ölkəmizdə bərqərar olan sabitliyin, düzgün idarəçiliyin, xalqla iqtidar arasında ayrılmaz vəhdətin sayəsində mümkün olur. İnanıram ki, Azərbaycanda ictimai-siyasi sabitlik bundan sonra daha da möhkəmlənəcək. Bu gün dünyanın çox yerində dini, etnik zəmində kəskin münaqişələr baş verir, ağır zorakılıqlara yol verilir. Lakin Azərbaycanda bütün xalqların nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.

Sonda bildirmək istəyirəm ki, rəhbərlik etdiyim “Dünya Azərbaycanlıları İctimai Mərkəzi” ölkəmizin şanlı tarixini, zəngin mədəniyyətini, eləcə də müasir dövrdə əldə etdiyi bir-birindən parlaq uğurları böyük həvəslə təbliğ etməyə çalışır. Hesab edirəm ki, öz tarixinə, keçmişinə sahib çıxan xalq güclü xalqdır. Azərbaycan xalqı da belə güclü xalqlardan biridir.

Zaur MİRZƏZADƏ,
Dünya Azərbaycanlıları
İctimai Mərkəzinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında