Müşviq Ələsgərli: Dövlət başçısı öz rəhbərliyi dönəmində medianın inkişafına dair çoxsaylı sərəncam imzalamışdır

Azərbaycan xalqı 11 apreldə ölkədə sabitliyin, təhlükəsizliyin, inkişafın qarantı olan İlham Əliyevin prezident seçilməsinə səs verdi. Andiçmə mərasimindəki nitqi və səlahiyyətlərinə başlamasından dərhal sonra imzaladığı fərman Prezident İlham Əliyevin növbəti dövrdə də sabitlik-inkişaf kursu yürüdəcəyini göstərdi. Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli bildirib.

 O qeyd edib ki, Azərbaycanın son 15 il müddətində çox yüksək bir inkişaf yolu keçdiyini təkcə ölkə daxilindəki mənbələr deyil, beynəlxalq analitik təhlil mərkəzləri də dəfələrlə etiraf ediblər. Bu inkişaf siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələri, insan resursları daxil olmaqla, bütün sferaları əhatə edir. BMT öz hesabatlarında Azərbaycanın “İnsan inkişafı” indeksində sürətlə irəlilədiyini etiraf edib. Bu müddət ərzində Azərbaycan təkcə öz iqtisadi dayaqlarını, enerji təhlükəsizliyini möhkəmləndirən addımlar atmayıb, həm də, iqtisadi baxımdan bütün regionun taleyini dəyişəcək layihələrə müəlliflik edib, onları gerçəkləşdirib.

M.Ələsgərli deyib ki, Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə regionun liderinə çevrilməklə yanaşı, həm də dünyanın siyasi, iqtisadi, enerji təhlükəsizliyi mənzərəsini dəyişə bilən, bu qlobal prosesdə öz potensialını nümayiş etdirən bir gücə sahib olub.

“Bu arada mən media ictimaiyyətinin də fikirlərini ifadə etmək istərdim. Azərbaycan mediası məhz bu 15 il ərzində özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısı öz rəhbərliyi dönəmində medianın inkişafına aid çoxsaylı sərəncam imzalamışdır. Bu baxımdan mən media ictimaiyyəti adından İlham Əliyevi – jurnalistlərin dostunu növbəti dövrdə prezident seçilməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona uğurlar diləyirəm” – deyə M.Ələsgərli əlavə edib.

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında