Siyavuş NOVRUZOV: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi

Azərbaycan xalqı aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində növbəti dəfə çox düzgün seçim etdi. Xalqımız bu dəfə də Azərbaycanın iqtisadi inkişafına, təhlükəsizliyinə, tərəqqisinə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına səs verdi və yenidən cənab İlham Əliyevi Prezident seçdi. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. Ədalətli və şəffaf şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini tam əks etdirdi.

Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən 15 ili əhatə edən çox geniş nitq söylədi. Proqram xarakterli bu nitq bütün sahələri özündə ehtiva etdi. Bu nitqdə ötən 15 il ərzində əldə olunmuş nailiyyətlər, perspektivdə görüləcək işlər öz əksini tapıb.

Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanın son 15 illik tarixi mühüm bir inkişaf mərhələsini təşkil edir. Dövlətimizin başçısı nitqində də qeyd etdi ki, son 15 il ərzində biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşma­lar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır.

Azərbaycanın hərtərəfli inkişafı, dövlətimizin başçısının verdiyi hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, atdığı hər bir addımda xalqa arxalanması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görməsi xalqı­mızın Prezidentimizə inamını, xalq–iqtidar birliyini daha da möhkəmləndirib. Əminik ki, Prezident İlham Əliyev növbəti yeddi ildə də görəcəyi işlərlə Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirəcək. Dövlətimizin başçısı nitqində də vurğuladı ki, bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri başa çatdıracağıq.

Siyavuş Novruzov vurğulayıb ki, növbəti prezidentlik dönəmi üçün səlahiyyətlərini icra etməyə başla­yan dövlətimizin başçısı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə üs­tünlük verdi. Prezidentin səlahiyyətlərinin icrasına başlayan kimi imzaladığı ilk sənəd məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman oldu. Ümumiyyətlə, son 15 il ərzində Azərbaycan Prezidenti sosial məsələlərin həllinə çox böyük diqqət göstərib. Bu istiqamətdə görülən işlər, o cümlədən imzalanmış son fərman dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında