Ziyafət ƏSGƏROV: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır

Aprelin 18-də Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi proqram xarakterli nitq son 15 ilin yekunu və gələcəyə yönəlmiş bir “yol xəritəsi” idi.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, bu gün Azərbaycan inkişafın ən yüksək səviyyəsindədir. İrimiqyaslı layihələrin reallaşdırılması istiqamətində böyük tədbirlər həyata keçirilir. Azərbaycanın son 15 il ərzində həyata keçirdi­yi layihələr, neft-qaz sənayesində əldə olunan uğurlar, iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatlar, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri və sair - bütün bunlar inkişaf­dan xəbər verir. Dövlətimizin başçısı nitqində Azərbaycanın kosmik qrupa da­xil olan ölkə olduğunu xüsusi vurğuladı.

Milli Məclis sədrinin birinci mü­avini qeyd edib ki, ötən illər ərzində Azərbaycan beynəlxalq münasibətlər sahəsində də böyük nailiyyətlər qaza­nıb. Azərbaycan 155 dövlətin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilib. Bu, o deməkdir ki, Azərbaycan bu gün regionun ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan bu gün, sözün həqiqi mənasında, öz təhlükəsizliyini yüksək səviyyədə qoruyan, müdafiəsini təmin edən bir dövlətdir. 2016-cı ilin Aprel hadisələri onu göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımı­zı istənilən an azad etməyə qadirdir. Bu gün ölkəmiz inkişafın çox yüksək mərhələsindədir, regionda Azərbaycansız qlobal məsələlərin həlli demək olar ki, mümkün deyil.

Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyev nitqində gələcəkdə görüləcək işlər haqqında da ətraflı danışdı və “yol xəritəsi”ni müəyyən etdi. Sözsüz ki, irəlidə Azərbaycanın görəcəyi işlər var. İlk növbədə, Azərbaycanın ərazi bütöv­lüyünün təmin olunması məsələsi bizim qarşımızda duran ən əsas amil­dir. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar çox təəssüf ki, bu günə qədər hələ də yerinə yetirilməyib.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq işləmir. Belə çıxır ki, beynəlxalq hüquq güc hüququdur. Yəni, kimin gücü varsa, o da haqlıdır və kimin gücü varsa, o nə istəyirsə edir. Əgər dünya güc ilə idarə olunacaqsa, onda beynəlxalq hüquq nəyə lazımdır? Beynəlxalq hüququn normaları kimə lazımdır? BMT-nin Nizamnaməsi kimə lazımdır? Amma bu reallıqla barışmaq lazımdır.

Reallıq gücdür. Ona görə də dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan gündən-günə gücünü daha da artırmalıdır. Çox təəssüf ki, dünyada beynəlxalq hüquqdan çox gücə hörmət edirlər. Buna görə biz daha da güclü olmalıyıq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında