Hər bir xalqın zəfər tarixini böyük dövlət adamları yaradırlar

Bu günlərdə xalqımızın müasir tarixində çox mühüm hadisə baş ver­di. Belə ki, müstəqil Azərbaycanda azad, şəffaf surətdə keçirilən prezident seçkilərində ölkə vətəndaşlarının böyük əksəriyyətinin dərin inam və etimadını qazanan cənab İlham Əliyevin təntənəli andiçmə mərasimi oldu. Bu, həqiqətən Vətənə, millətə, dövlətə sədaqət andı idi!

Mən möhtərəm dövlət başçımızın həmin mərasimdəki dərin məzmunlu, parlaq nitqi ilə böyük maraqla tanış olmuşam. Bu məqamda qəlbimdən dilimə axan səmimi ürək sözlərimi izhar etmək istəyirəm. Hesab edirəm ki, cənab Prezidentin həmin parlaq nitqində xalqını sonsuz məhəbbətlə sevən, onun şanlı tarixinə yaxından bələd olan, millətinin yaradıcı qüdrətinə qəlbən inanan, ağlı, zəkası ilə xalqını, dövlətini daha da irəli aparmağa çalışan müdrik dövlət adamı­nın səmimi arzu və fikirləri əks olunub.

Məni xüsusilə razı salan odur ki, dövlətimizin başçısı həmin tədbirdə Azərbaycanın parlaq gələcəyinə hesablan­mış proqram xarakterli fikirlər səsləndirdi. Məqsəd və məram bəllidir. Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə, daha möhtəşəm qələbələrə çatdırmaq əzmindədir. Möhtərəm Prezidentin müəyyən etdiyi hədəf və çağırışların fəth olunacağına zərrə qədər də şübhə etmirəm.

Soruşa bilərsiniz ki, Azərbaycanın parlaq gələcəyinə, işıqlı sabahına olan dərin inamım nədən qaynaqlanır? Cavab verirəm: Son 15 ildə Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş, yüksək səriştəli idarəçiliyi sayəsində gənc, müstəqil Azərbaycan Respublikası başqa dövlətlərin az qala bir əsr ərzində keçdiyi qədər inkişaf yolu keçib. Bu heyrətamiz uğurları görüb qürur duymamaq qeyri-mümkündür!

Azərbaycan bu gün böyük inkişaf və tərəqqi yolundadır. Görünən budur ki, ölkəmiz iqtisadi, hərbi cəhətdən güclənərək hazırda regionun lider dövlətinə çevrilib. Azərbaycan dünən zəngin neftinə, təbii qazına görə tanınırdı. Məhz Prezident İl­ham Əliyevin müdrik, uzaqgörən liderliyilə Azərbaycan öz neft sərvətlərini intellektual sərvətə və dəyərlərə çevirə bilib. Bu gün hər yerdə başımız ucadır: Çünki ölkəmiz sivil dünyanın ən azad, modern, demokratik dövlətlərindən biridir.

Azərbaycan təkcə dünəni, bugünü ilə öyünmür. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sabaha doğru böyük inamla irəliləyir. Hər bir xalqın uğur tarixini böyük dövlət adamları yaradırlar. Müasir Azərbaycanın zəfər tarixi məhz İlham Əliyevin müdrik liderliyilə yazılır. Tarixdə yalnız qurub-yaradanlar qalacaq!

Atamoğlan MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin dosenti,
tarix elmləri namizədi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında