İlham Əliyevin andiçmə mərasimindəki nitqi dərslik xarakterli idi

Doxsana yaxın yaşım var  və 18 yaşım tamam olandan bəri bütün seçkilərdə səs vermişəm. Amma etiraf edim ki, aprelin 11-dəki seçki  səs verməyə gələnlərin çoxluğu baxımından tamamilə fərqlənirdi. Adamlar böyük həvəslə səs verirdilər. Nəticə də çox yaxşı oldu. Hiss elədim ki, mənim kimi düşünənlər çox olub. Böyük əksəriyyət cənab Prezident İlham Əliyevə səs verib.

Yeri gəlmişkən, səsvermə prosesi seçicilərin çoxluğu ilə fəqləndisə, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi də mükəmməl bir tarix dərsliyi xarakterində olmasıyla fərqləndi. Dövlət başçımız elə danışdı ki, elə bil son 15 ilin hadisələri cəmlənmiş kitab oxuduq. Əsasən, mənim qeyd etdiyim məqamı – seçici fəallığı məsələsini də prezidentin nitqində görəndə məmnun oldum.

Dövlət başçımız dedi: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir”.

Dövlət başçımız dedi ki, mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Bəli, biz ulu öndərin müəyyən etdiyi siyasi yolla gedirik. Ona görə də uğurlarımız ildən-ilə artır.

Tofiq BAKIXANOV,

“Xalq artisti”, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında