Hikmət Babaoğlu: Xalq müstəqil dövlətimizi yalnız Prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır

“11 aprel 2018-ci ildə keçirilmiş seçkilərdə Prezident İlham Əliyevin əldə etdiyi qələbə bütövlükdə Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin və bu dövlətin qurucu lideri, ulu öndər Heydər Əliyevin ideyalarının və siyasətinin qələbəsidir”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H. Babaoğlu qeyd edib ki, 11 aprel seçkilərində İlham Əliyev təkcə prezidentliyə digər namizədlərlə demokratik rəqabətdə qalib olmadı: “Bu qələbə əslində yaşadığımız mürəkkəb tarixi mərhələdə milli dövlətləri dağıdan, dünyada lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti aparan qlobal imperializm üzərində əldə edilən qələbə kimi tarixə düşdü. Bu tarixi zəfər antiazərbaycançı və islamofob mərkəzlərə qarşı Azərbaycan xalqının layiqli cavabı olmaqla məhz İlham Əliyevin rəhbərliyi altında bu dağıdıcı güc mərkəzlərinə qalib gəlməyin mümkün olmasına inamın ifadəsi idi. Xalqımızın bu şüurlu seçimi, eyni zamanda, hələ 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən “neft kapitalını intellektual kapitala çevirəcəyik” tezisinin 15 il sonra təntənəsidir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu gün müstəqil dövlətimizi ziddiyyətli və xaotik beynəlxalq münasibətlər şəraitində yalnız Prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır. İnauqurasiya mərasimində Prezident Azərbaycan xalqının 15 ildə ölkəmizdə görülən işlərə, sabitliyə, təhlükəsizliyə və inkişafa səs verdiyini deyərkən, bu ümummilli zəfərin əsasında xalq-iqtidar birliyinin durmasını əsas faktor kimi göstərdi. Bu, olduqca vacib məslədir. Xalq-iqtidar birliyini təmin edən sosioloji düstur isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, hakimiyyətin həyata keçirdiyi siyasət, bu siyasətin əsasında vətəndaşların rifahının və milli maraqların dayanmasıdır. Bu birlik önümüzdəki mürəkkəb tarixi mərhələdə də Azərbaycanın müstəqil yaşamasını və inkişaf etməsini təmin edəcək”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında