Vətənə, xalqa sədaqət andı

Hörmətli redaksiya!

Mən aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqini böyük maraqla dinlədim. Bu, Vətənə, xalqa sədaqət andı idi. Son dərəcə qürur hissi keçirdim.

Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün ölkəmiz sürətlə inkişaf edir, ölkəmiz güclənir, qüdrətli bir dövlətə çevrilir. Bəli, Azərbaycan bu gün regionun ən sürətlə inkişaf edən dövlətidir. Bütün bunlar, təbii ki, hamı kimi, mənim də  qəlbimi dağa döndərir, çox sevindirir, daha yaxşı işləməyə sövq edir.

Məni ən çox razı salan həm də odur ki, Azərbaycan dövlətinin lideri, möhtərəm Prezidentimiz, hər zaman olduğu kimi, budəfəki nitqində də diqqəti daha çox ölkəmizin sabahı, parlaq gələcəyi ilə bağlı plan, vəzifə və çağırışlara yönəltdi. Qeyd etdi ki, ölkəmizin gələcək uğurları, ilk növbədə, mükəmməl təhsil və modern texnologiyalardan səmərəli bəhrələnməklə mümkün ola bilər. Mən inanıram ki, bu istiqamətlərdə ölkəmizdə bundan sonra da böyük işlər görüləcək.

Sonda bildirmək istəyirəm ki, son illər ölkəmizdə sağlam, yaradıcı, təşəbbüskar vətəndaş cəmiyyəti fəalları formalaşıb. Bu gün kifayət qədər təcrübəli  QHT rəhbəri kimi səmimi şəkildə deyirəm: Möhtərəm Prezidentimiz, biz, vətəndaş cəmiyyəti fəalları irəli sürdüyünüz bütün möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. 

Esmira RƏHİMOVA,
  “Ailələrə dəstək” İctimai Birliyinin rəhbəri,  Əməkdar müəllim

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında