Azərbaycan vətəndaşları dövlətimizin sükanının etibarlı əllərdə olmasından məmnundur

Bu il Azərbaycanda keçirilmiş prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevə yüksək etimad şəraitində keçdi. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı seçki prosesində özünün əsl iradəsini ortaya qoydu. İlham Əliyev böyük səs çoxluğu ilə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçildi.

Azərbaycan xalqının seçimi haqqında ölkə başçısının özü də bu günlərdə keçirilmiş andiçmə mərasimində böyük razılıq hissi ilə söhbət açdı və  doğma Azərbaycan xalqına dərin təşəkkürlərini bildirdi. Onun sözlərinə görə, Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Çünki  Azərbaycan xalqı ölkədə indiyədək görülmüş işlərə yüksək qiymət verib, qazanılmış böyük siyasi, sosial-iqtisadi və mədəni uğurlara, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib.

Prezident İlham Əliyev daha sonra dedi: “Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

Andiçmə mərasimində etdiyi çıxışda Prezident 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək dediyi sözləri xatırlatdı: “Əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Biz, sadə Azərbaycan vətəndaşları, Prezident İlham Əliyevin bütün çıxışını diqqətlə dinlədik və bir daha əmin olduq ki, səsimizi ən layiqli namizədə vermişik. seçdiyimiz Prezident özünü ölkəmizin, xalqımızın, dövlətimizin gələcəyi qarşısında cavabdeh bilir, bu gələcəyi layiqincə qurmaq, xalqımızı yeni-yeni uğurlara aparmaq üçün əlindən gələni edəcək. Biz isə dövlətimizin sükanının etibarlı əllərdə olmasından arxayın olaraq rahatlıqla öz işlərimizi görəcək, ölkəmizin inkişafına bacardığımız töhfələri verəcəyik.

Azad KƏRİMLİ, 
Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru,
 respublikanın baş onkoloqu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında