Azərbaycan son 15 ildə böyük uğurlara imza atıb

“Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz  bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir”. Möhtərəm Prezidentimiz İlham Əliyevin andiçmə mərasimindəki nitqində səsləndirdiyi bu fikirlər Azərbaycanın son 15 ildə uğurlu xarici siyasət yeritməsini  bir daha təsdiqlədi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu  xarici siyasət kursunun yüksək diplomatik səviyyədə  davam etdirilməsi sayəsində dünyanın aparıcı dövlətləri və mötəbər beynəlxalq təşkilatlarla münasibətlər  son 15 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.  Bu illər ərzində  möhtərəm Prezidentimizin rəhbərliyi ilə  həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində  söz sahibi olan müstəqil dövlətə çevrilmişdir.  Dövlət başçımızın andiçmə mərasimindəki nitqində qeyd olunduğu kimi, bunun bariz nümunəsi  bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik  Şurasının qeyri-daimi üzvlüyünə  seçilməyimiz olub.  Bu, gənc  müstəqil dövlət üçün  çox böyük nailiyyətdir və onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti  bizi dəstəkləyir.

Ölkəmiz bu mötəbər qurumun qeyri-daimi üzvü olduğu iki il ərzində iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də, yüksək səviyyəli tədbirlər təşkil etmişdir.  Bundan başqa, Azərbaycan daha bir nüfuzlu quruma –Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişdir.  2019-2022-ci illərdə  isə Qoşulmama Hərəkatına  sədrlik edəcək.

Azərbaycanın yerləşdiyi region hər cəhətdən– istər geosiyasi, istərsə də strateji baxımdan  böyük əhəmiyyət  kəsb edir. Bu baxımdan, həm qonşuluq siyasətində, həm də digər region ölkələrlə olan münasibətlərdə balanslaşdırılmış siyasət  həyata keçirilir. Bu da respublikamızın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir. Bütün bunları rəhbər tutaraq, Azərbaycan dövləti xarici siyasətində ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdədir. Bununla yanaşı, milli maraqlar dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə sıx əməkdaşlıq etmək,  bunlardan  yararlanaraq beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək siyasəti də  prioritet təşkil edir.

Son illər xarici siyasət sahəsində qazanılan uğurlar çoxdur. Məhz bu nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, əlaqələrini daha da genişləndirmişdir.  Respublikamızın rəhbəri andiçmə mərasimindəki nitqində bu məsələləri diqqətə çatdıraraq demişdir ki, son 15 il ərzində qonşu dövlətlərlə daha sıx münasibətlər qura bildik:  “Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir”.

Həmişə olduğu kimi, yenə də xarici siyasətin prioritetini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli təşkil edir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi siyasət artıq dünya birliyi tərəfindən də təsdiqlənir. Ölkə rəhbəri bütün  rəsmi görüşlərdə, həmçinin beynəlxalq tədbirlərdə   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri  olduğu kimi çatdırır, Dağlıq Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olduğunu, təcavüzkar  dövlət tərəfindən işğal edildiyini bildirir. Bu məsələdə Azərbaycanın tam üstünlüyü artıq özünü büruzə verib. Bunun nəticəsidir ki, münaqişənin həllində ölkəmiz beynəlxalq təşkilatların dəstəyini tam qazana bilib. Bu illər ərzində Ermənistanın işğalçılıq siyasəti tamamilə ifşa olunub. İşğalçı dövlət bu gün bütün regional layihələrdən təcrid olunub. Həyata keçirilən uğurlu xarici siyasət və diplomatik fəaliyyətin nəticəsidir ki, bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nı dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tanımır.

Faktlar da təsdiqləyir ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun uğurla həyata keçirilməsi  müstəqil dövlətimizi dünya birliyinin layiqli, demokratik, sülhsevər dövlətləri sırasına qoşmaqdadır.

Dilarə CƏBRAYILOVA,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında