“Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik proseslərin inkişafına böyük önəm verdiyini bir daha təsdiqlədi.  Seçicilərin böyük əksəriyyəti dövlətimizin başçısı İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini bir daha nümayiş etdirdi. Son 15 ildə həyata keçirilən uğurlu strategiya da xalqın dəstəyinə stimul verdi. Artıq hər kəsə bəllidir ki,  Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Bu uğura  möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi müdrikliyi sayəsində nail olmuşuq.

Doğma yurd-yuvalarından didərgin salınmış həmvətənlərim hələ seçkidən xeyli əvvəl yalnız cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmişdi. Son illər məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi və doğma ata-baba torpaqlarına qayıtmaları ümidinin artırılması  istiqamətində atılan qətiyyətli addımlar bu istəyi artıq reallığa çevirməkdədir.  Məhz buna görə də məcburi köçkünlər tərəddüd etmədən Prezident İlham Əliyevə səs verdilər. Çünki 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbəni davam etdirmək , işğal altında olan ərazilərimizin qalan hissəsini də azad etmək iqtidarında olan lider yalnız Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Məcburi köçkünlər yaxşı bilirlər ki, Cocuq Mərcanlı  qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib və işğaldan azad edilmiş torpaqlarımıza qayıdışın başlanğıcıdır. Bu sevinci bizə Ali Baş Komandan, Prezident İlham Əliyev bəxş edib.  23 ildən sonra doğma kəndlərinə – Cocuq Mərcanlıya qayıdan, orada firavan həyat sürən  kənd sakinləri ürəkdən sevinir, qürur hissi keçirirlər. Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib. Dövlətimizin başçısı andiçmə mərasimində də qeyd etdi ki, Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir: “Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz  Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha  da güclü olmalıyıq və olacağıq”.

Möhtərəm Prezidentimizin bu sözləri mənim gözlərimi yaşartdı. Əslində, bu, sevinc yaşları idi. Ona görə ki, mənim həyat yoldaşım Şirin Mirzəyev də canını bu torpağın azadlığı, Vətənin müdafisəi uğrunda qurban verib. O, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qəlbində alovlanan Vətən məhəbbəti, Vətənə xidmət arzusu onu1991-ci ildə Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə Vətənin böyük ehtiyacı var idi. 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaratdı. Şirin Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.

2016-cı ilin Aprel döyüşləri həm xalqımızda, həm də bu xalqın nümayəndəsi kimi məndə qürur hissi yaratdı. Bir daha əmin olduq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. İşğal altında qalan torpaqlarımız azad ediləcək, doğma yurdlarından didərgin salınmış soydaşlarımız isti ocaqlarına qayıdacaqlar. Bu sevinci möhtərəm Prezidentimiz İlham Əliyev bəxş edəcək.

Dövlətimizin başçısı andiçmə mərasimində bir daha bəyan etdi ki,  məcburi köçkünlərin  həyat tərzinin daha da yaxşılaşdırılması daim diqqət mərkəzində olacaq: “Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min məcburi köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan  sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır”.

Flora QASIMOVA,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında