Altay HƏSƏNOV: Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın və Avropanın idman həyatında növbəti mühüm hadisədir. Çempionata 25 ölkədən 400-dən çox idmançı qatılıb. Belə turnirləri yüksək səviyyədə təşkil etmək üçün bizim kifayət qədər zəngin təcrübəmiz var. Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil edilib. 

Bu fikirləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycan gimnastlarının çempionatdakı uğurlu çıxışından danışan Altay Həsənov deyib ki, qarşımıza qoyduğumuz əsas məqsədə çatmışıq. Belə ki, idmançılarımız II Avropa Oyunlarına lisenziyalar qazanıblar. Azərbaycan millisinin üzvü Mixail Malkinin qızıl medal qazanması isə hamımızı çox sevindirdi. Bizim sinxron tullanma üzrə idmançı qızlarımız Veronika Zemlyanaya və Svetlana Makştareva da çox yaxşı çıxış etdilər və gümüş medala sahib oldular.

Federasiyanın daim yeniliklərə açıq olduğunu bildirən Altay Həsənov deyib: “Biz də öyrənirik. Belə turnirlərin keçirilməsində yenilikləri nəzərə alırıq. Bu il yeniliklər daha çox idi. Belə ki, Avropa çempionatının maskotunu ABŞ-dan dəvət olunmuş peşəkarlar canlandırdılar. Bu, Federasiyamızın kreativliyindən xəbər verir. Görürsünüz ki, tribunalar doludur. Burada valideynlərlə yanaşı, xarici qonaqlar və turistlər də çoxdur. Bu, bizim arzularımızın reallaşmasıdır. Medallar qazandığımız üçün sevinirik. Bütün bunların hamısı son 15 ildə həyata keçirilən düzgün fəaliyyətin nəticəsidir. Burada əlbəttə, 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının da öz rolu var”.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti bildirib ki, bu il onları daha iki mühüm turnir gözləyir. Belə ki, bu ay növbəti dəfə bədii gimnastika üzrə dünya kuboku və yeniyetmələr arasında kubok yarışları keçiriləcək. Həmçinin Bakıda Beynəlxalq Gimnastika Federasiyasının konqresi təşkil olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında