İsrailli müşahidəçi İris Georlette: Qadınlar cəmiyyətdə böyük gücə sahibdirlər

 İsrail nümayəndəsi, “Maariv” qəzetinin əməkdaşı İris Georlette də prezident seçkilərini müşahidə edənlər sırasındadır. Ondan təəssüratlarını soruşduq. İ.Georlette dedi:

– Bəri başdan deməliyəm ki, müşahidə etdiyim seçki dairəsi və məntəqələrində seçkilər normal keçdi. Bu mənim Azərbaycana ilk səfərimdir. Müxtəlif insanlarla görüşmüşük, söhbət edib, fikirlərini öyrənmişik. Mən həm də “Maariv” qəzetinin jurnalistiyəm. Azərbaycana səfərim mənə imkan verdi ki, seçkiləri izləməklə yanaşı, həm də ölkənizi şəxsən yaxından tanıyım. Azərbaycanda apardığım müşahidələrə əsasən deyə bilərəm ki, azərbaycanlılar öz dövləti, vətəni ilə fəxr edirlər. Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, tolerant ölkədir. Bilirəm ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq, qadınlara seçib-seçilmək hüququ verib. Burada qadınlar cəmiyyətdə böyük gücə sahibdir. Mən bir çox müsəlman ölkələrində – Misirdə, İordaniyada, Türkiyədə olmuşam. Həmişə o ölkələrə üstünlük vermişəm ki, Şərq və Qərb sivilizasiyasını birləşdirsin. İstanbulda gördüyüm müxtəlif mədəniyyətlərin harmoniyasını Bakıda hiss etdim.  

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında