Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçkilərdən razılıq edirlər

11 apreldə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən  beynəlxalq müşahidəçilər bu fikirdədirlər ki, ölkəmizdə seçkilər yüksək səviyyədə təşkil olunub.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Abdıcabar Bekmatov:

– 11 aprel xalqınız üçün əhəmiyyətli gündür. Beynəlxalq müşahidəçi kimi seçki prosesini izlədik. Səhər saatlarından məntəqələrdə olmuşam. Səsvermə üçün lazımi şərait yaradılmışdı. Bülletenlər standartlara uyğun idi. Məntəqələrdə yerli müşahidəçilər də səsvermənin gedişini izləyirdilər. Heç bir kənar müdaxilə olmadı.

Slovakiya parlamentinin üzvü Marsek Peter:

– Seçkilər yüksək səviyyədə keçirildi. Məntəqələrdə səs vermək üçün növbələr yarandığının şahidi olduq, heç bir qanun pozuntusu ilə rastlaşmadıq.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında