Slovakiyalı deputat: Seçki azad, demokratik və şəffaf şəkildə keçdi

11 aprel seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçməsi yerli və xarici beynəlxalq müşahidəçilərin diqqətini cəlb etmişdir. Bu barədə slovakiyalı deputat Stefan Zelnik qəzetimizə bildirmişdir:

– Azərbaycanda seçki prosesi mütəşəkkil səviyyədə təşkil olunmuşdu. Seçicilər məntəqələrə böyük əhval-ruhiyyə ilə gəlir, səs verir və öz iradəsini nümayiş etdirirdilər. Seçicilər üçün yaradılmış sərbəstlik diqqətdən yayınmırdı. Hiss olunurdu ki, seçki günü təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil edilmişdi.

Biz 20-dək məntəqədə seçki prosesini izləmişik. Seçki fəallığı gözlədiyimizdən də yüksək idi. Olduğumuz məntəqələrdə seçicilərin böyük əksəriyyəti səsvermədə fəal iştirak edib. Səsvermənin şəffaflığını təmin etmək məqsədilə hər bir şərait yaradılmışdı.

Stefan Zelnik seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən maneəsiz izlənildiyini bildirdi. Qonaq beynəlxalq müşahidəçilər üçün zəruri şəraitin yaradıldığını qeyd etdi. S.Zelnik dedi ki, müşahidəçilərlə yanaşı, dairə və məntəqə üzvləri arasındakı mehribanlıq və xoş ünsiyyət təqdirəlayiq hal kimi qeyd edilməlidir.

Slovakiyalı deputat indiyədək çox ölkədə seçki prosesini müşahidə etdiyini, lakin Azərbaycanda seçicilər üçün yaradılmış bu cür gözəl şəraitin çox az ölkələrdə olduğunu dilə gətirdi. “Məntəqələrdə seçicilərə hüquq və vəzifələrini asanlıqla izah edirdilər. Olduğumuz məntəqələrin heç birində qayda pozuntusu və özbaşınalıq qeydə almadıq. Seçki azad, demokratik və şəffaf şəkildə keçdi”,– deyə S.Zelnik bildirdi.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında