Tacikistanlı müşahidəçi: Mən çox şadam ki, İlham Əliyev Azərbaycan xalqının hər cür dəstəyini qazanıb

Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Seçkilərdə səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçdi. Bütün gün ərzində seçki məntəqələrində hər hansı qanun pozuntusunun olması barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat daxil olmadı. MSK-nın verdiyi məlumata görə, seçkinin gedişini 60 000-dən artıq yerli və beynəlxalq müşahidəçi izlədi və onlar heç bir maneə olmadan fəaliyyət göstərdilər. Məntəqələrdə quraşdırılmış 1000 veb-kamera vasitəsilə "online” rejimdə səsverməni birbaşa izləmək imkanı təmin edildi.

Seçkidə iştirak etmiş müşahidəçi, Tacikistan Milli Məclisinin deputatı Saodat Amincanova öz fikirlərini bizimlə bölüşdü:

– Azərbaycandakı seçki prosesini bir çox cəhətdən Tacikistan seçkilərinə oxşadıram. Səsvermənin təşkili bizdəki vəziyyəti xatırlatdığına görə prosesi çox maraqla izlədim və elə bildim ki, Tacikistandayam. Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun təşkili və keçirilməsi üçün hər şeyi etmişdi. Seçkilərin tam demokratik, ədalətli və şəffaf keçirilməsi üçün gərək olan bütün addımlar atılmışdı. Mənə xoş gələn cəhətlərdən biri bu idi ki,  məntəqələrdə seçiciləri mehribanlıqla qarşılayır, bülletenləri təqdim edirdilər. Seçki qutuları seçicilər üçün ən uyğun yerdə - düz məntəqənin mərkəzində yerləşdirilmişdi. Kifayət sayda seçki kabinələri quraşdırılmışdı ki, bu da səsvermənin məxfiliyini təmin etmək üçün münasib idi. MSK-nın seçkiləri yüksək səviyyədə, peşəkarcasına təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiq hal kimi qeyd edilməlidir.

Cəsarətlə deyə bilərəm ki, Azərbaycan prezidentinin seçkiləri xalqınızın istədiyi kimi yüksək səviyyədə, hər hansı insidentsiz keçdi və insanlarınızın iradəsini əks etdirdi.

Səsvermə nəticəsində Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin yenidən qələbə qazanması isə dövlət başçısının xalqın böyük etimadını qazanması ilə bağlıdır. Bunu başqa heç cür izah etmək mümkün deyil. Biz, keçmiş müttəfiq ölkələrin nümayəndələri, bilirik ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi yüksəlişini təmin etmək üçün nə qədər cəsarətli addımlar atır, genişmiqyaslı, bəzən hətta analoqu olmayan islahatlar həyata keçirir. Azərbaycan neft ölkəsi kimi bütün dünyada tanınır. Son illərdə neftin qiymətinin aşağı düşməsi də ölkənin həyatında mənfi izlər buraxa bilmədi. Azərbaycanda qeyri-neft sektorunun yüksək sürətlə hərəkətə gətirilməsi ölkə iqtisadiyyatına yeni nəfəs verdi. Bunu İlham Əliyev həyata keçirdi. İndi ölkənin hər yerində - rayonlarda, kəndlərdə insanlar çalışır, əkir-biçir, məhsullarını dünyaya çıxarırlar. Bütün bunlar bir prezident, layiqli dövlət başçısı kimi İlham Əliyevin öz xalqı qarşısında təmənnasız xidmətləridir. Qədirbilən Azərbaycan xalqı isə bunu görür və seçki prosesində özünün gərəkli sözünü deyir. Mən çox şadam ki, İlham Əliyev Azərbaycan xalqının hər cür dəstəyini qazana bilib.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında