“Mədəniyyət işçiləri ölkəmizin işıqlı sabahına səs verdi”

Bunu bizimlə söhbətində Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov dedi.

– Azərbaycanda prezident seçkiləri uğurla başa çatdı. Xalqımız öz seçimini etdi. Mən də səs verənlər arasında idim və xalqımızın bu seçkilərdə necə fəallıq göstərdiyinin şahidi oldum. Biz öz Prezidentimizi seçdik. Cənab İlham Əliyev yenidən yeddi il müddətinə bu ölkənin prezidenti oldu. Özü də seçicilərin 86 faiz səsini qazandı.

Əslində, bu, belə də olmalı idi. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevi sevir və ona böyük ümidlər bəsləyir. Bu gün ölkəmizdəki sabitlik, həyata keçirilən quruculuq işləri göz qabağındadır. Azərbaycan ildən-ilə inkişaf edir, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə uğurlarımız artmaqdadır. Bunun sirri ondadır ki, cənab Prezident xalqa arxalanır. Xalq isə öz Prezidentini sevir və həmişə ona dəstəkdir.

Mədəniyyət sahəsində ölkənin uğurlarını saymaqla qurtaran deyil. Ona görə də bu sahədə çalışan insanların, demək olar ki, hamısı seçkidə İlham Əliyevə səs verdilər, yenidən onu özlərinin Prezidenti görmək istədilər. Bu da səbəbsiz deyil. Mədəniyyət sahəsində onlarca dövlət proqramı qəbul olunub, hər birinin icrası da uğurla həyata keçirilir. Mədəniyyət işçiləri fəxri adlara layiq görülüb, onlar mənzillə təmin olunub, Prezident təqaüdü alırlar.

 Bu gün Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Xarici ölkələrdə reallaşan mədəniyyət layihələrimiz milli-mənəvi dəyərlərimizlə beynəlxalq aləmdə tanışlıq üçün imkan yaradıb. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyəti davamlı şəkildə təbliğ olunur. UNESCO-nun, ISESCO-nun tədbirlərində Azərbaycan yaxından iştirak edir. Mən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki xidmətlərini xüsusi olaraq qeyd etmək istəyirəm. Bu gün UNESCO-nun Bəşəriyyətin Qorunan Mədəni İrs Siyahısında Azərbaycanın xeyli maddi və mənəvi mədəniyyət nümunələri vardır.

Mən inanıram ki, cənab İlham Əliyevin növbəti prezidentliyi dövründə milli mədəniyyətimiz daha da inkişaf edəcək, Azərbaycan beynəlxalq mədəniyyət mərkəzlərindən biri kimi dünyaya nümunə olacaq.

Bu möhtəşəm qələbə münasibətilə xalqımızı təbrik edir, Azərbaycanımıza uğurlu gələcək arzulayıram.

Söhbəti qələmə aldı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında