Milli QHT Forumu: Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Azərbaycan Milli QHT Forumunun (MQF) qərarı ilə yaradılan MQF seçki qərargahı aprelin 11-də keçirilən prezident seçkilərini 118 dairə üzrə 590 və respublika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil şəkildə izləyib.

“MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunun aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb”.

Bu fikirlər Milli QHT Forumunun prezident seçkiləri ilə bağlı yaydığı bəyanatda yer alıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, MQF seçki müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub. Bundan əlavə, veb-kamera quraşdırılıb və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılıb. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunub. Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 məntəqədə mobil panduslar quraşdırılıb və onların səsverməsi üçün şərait yaradılıb.

Rauf Zeyni bildirib ki, sıralarında 700-ə qədər QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu aprelin 11-də keçirilən prezident seçkilərinin milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirildiyini, onun nəticələrinin xalqın iradəsini əks etdirdiyini bəyan edir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında